...

Azərbaycanın İKT və poçt rabitəsi sektorunun gəlirləri 8,1 faiz artıb

Telekommunikasiya Materials 28 Aprel 2012 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir H.Vəliyev/

Birinci rübdə İKT və poçt rabitəsi sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 8,1 faiz artaraq 303,4 milyon manat təşkil edib. Trend-in məlumatlarına görə, bu barədə şənbə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yanvar-mart ayları üzrə hesabatında deyilir.

Hesabat dövründə real artım tempi İKT sektorunda 8 faiz, o cümlədən telekommunikasiya sektorunda 8,1 faiz, poçt sektorunda 6,9 faiz təşkil edib.

Birinci rübün yekunları üzrə Azərbaycan ÜDM-də İKT və poçt rabitəsi sektorunun xüsusi çəkisi 1,7 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti