...

Azercell-dən "Eurovision Village"də möhtəşəm həftə

Telekommunikasiya Materials 18 May 2012 18:34 (UTC +04:00)
"Eurovision 2012"-nin baş sponsoru olaraq "Azercell Telekom" mahnı müsabiqəsi ərəfəsində də artıq bir sıra maraqlı və əyləncəli təşəbbüslər, sürpriz və hədiyyələr vəd edən unudulmaz tədbirlər həyata keçirməkdədir.
Azercell-dən "Eurovision Village"də möhtəşəm həftə

Azərbaycan, Bakı, 18 may /Trend/

"Eurovision 2012"-nin baş sponsoru olaraq "Azercell Telekom" mahnı müsabiqəsi ərəfəsində də artıq bir sıra maraqlı və əyləncəli təşəbbüslər, sürpriz və hədiyyələr vəd edən unudulmaz tədbirlər həyata keçirməkdədir. Belə ki, mayın 19-da Dənizkənarı Milli Parkda "Eurovision Village"in açılışı olacaq.

Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, Dənizkənarı Milli Parkda yerləşən Kukla Teatrının arxasındakı ərazidə fəaliyyətini gerçəkləşdirən "Eurovision Village"də "Azercell" şirkəti öz xüsusi səhnəsini təqdim edir.

"Eurovision 2012"-nin baş sponsoru "Azercell Telekom" MMC müsabiqə həftəsində hər gün Bakı sakinləri və qonaqlarımız üçün əyləncəli proqramlar, sürpriz dolu tədbirlər təşkil edəcək. Həmin günlər ərzində "Azercell" səhnəsində həm yerli ifaçılar, həm də müxtəlif ölkələrdən olan "Eurovision" ulduzları öz ifaları ilə qonaqları sevindirəcək.

Qeyd edək ki, "Eurovision Village" ərazisinə giriş tam sərbəstdir. "Azercell" hər kəsi "Eurovision 2012" həyəcanına qatılmağa, istirahətlə yanaşı əylənməyə, həm də çoxsaylı müsabiqələrə qatılıb hədiyyə qazanmağa dəvət edir.

Xəbər lenti

Xəbər lenti