...

Azərbaycan genişzolaqlı internetə 342 milyon dollar yatıracaq - nazir

Telekommunikasiya Materials 19 İyun 2012 13:32 (UTC +04:00)
Azərbaycanda genişzolaqlı internet şəbəkəsinin inkişafı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qarşısında qoyulan ən iddialı tapşırıqdır.
Azərbaycan genişzolaqlı internetə 342 milyon dollar yatıracaq - nazir

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda genişzolaqlı internet şəbəkəsinin inkişafı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qarşısında qoyulan ən iddialı tapşırıqdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hakim Yeni Azərbaycan Partiyası ilə birgə keçirilən iclasda bildirib.

Nazirin sözlərinə görə, ilin sonunadək optik rabitə xətlərinin genişləndirilməsi və optikanın son istifadəçiyə çatdırılması planlaşdırılır.

"Belə layihə hazırda Türkiyədə həyata keçirilir. Türkiyədə layihənin reallaşdırılmasına 35 milyard dollar xərclənməsi nəzərdə tutulub. Azərbaycanda oxşar layihə həyata keçirilir. Bu layihə çərçivəsində 2015-ci ilədək 342 milyon dollar xərclənməsi planlaşdırılır", - Abbasov qeyd edib.

Onun sözlərinə görə, layihə olduqca rentabelli hesab edilir və növbəti illərdə yatırılan investisiyaları qaytarmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti