...

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun "elektron hökumət"ə inteqrasiyası qrafik üzrə gedir

Telekommunikasiya Materials 27 İyun 2012 14:51 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu (DSMF) "elektron hökumət"ə inteqrasiya üzrə işləri qrafikə uyğun aparır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Fondun sədri Səlim Müslümov məlumat verib.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun "elektron hökumət"ə inteqrasiyası qrafik üzrə gedir

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) "elektron hökumət"ə inteqrasiya üzrə işləri qrafikə uyğun aparır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Fondun sədri Səlim Müslümov məlumat verib.

"Biz artıq məlumat bazamızı Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin qeydiyyatı üzrə informasiya sisteminə qoşmuşuq", - Müslümov deyib.

Onun sözlərinə görə, hazırda DSMF tərəfindən məcburi dövlət sosial sığortası üzrə sığortalanmış pensiyaçılar və vətəndaşlar haqqında öz məlumat bazasının "elektron hökumət" portalında yerləşdirilməsi prosesi aparılır.

"Bizim bir sıra dövlət orqanları ilə - Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Statistika Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və digərlərinin məlumat bazaları ilə avtomatik informasiya mübadiləsi aparmağımız vacibdir", - Müslümov deyib.

Xəbər lenti

Xəbər lenti