...

Ailə TV ödəmə kartlarının satışında yenilik tətbiq edib

Telekommunikasiya Materials 30 İyul 2012 15:18 (UTC +04:00)
Cari ilin əvvəlindən kabel televiziyası xidmətlərinə görə ödəmə kartlarını və onlayn ödəniş xidmətini aktivləşdirən Ailə TV kabel operator televiziyası ödəmə kartlarının satışında yenilik tətbiq edir.
Ailə TV ödəmə kartlarının satışında yenilik tətbiq edib

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Cari ilin əvvəlindən kabel televiziyası xidmətlərinə görə ödəmə kartlarını və onlayn ödəniş xidmətini aktivləşdirən Ailə TV kabel operator televiziyası ödəmə kartlarının satışında yenilik tətbiq edir.

Ailə TV-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, belə ki, artıq Ailə TV abunəçiləri xidmət haqqının ödənilməsi üçün istifadə olunan Ailə TV ödəmə kartlarını təkcə şəhərimizin mağazalarından və Ailə TV filiallarından deyil, eləcə də "Qasid" Mətbuat Yayımı firmasının köşklərindən də əldə edə bilərlər.

Artıq şəhərin müxtəlif yerlərində yerləşən "Qasid" köşklərində Ailə TV ödəmə kartları paylanılıb və abunəçilər ödəmə kartlarını əldə etmək üçün müvafiq olaraq köşklərdən Ailə TV-nin yayım paketinə uyğun olaraq müxtəlif tarifləri özündə əks etdirən ödəmə kartlarını almalıdırlar.

Ödəmə kartları Ailə TV kabel operator televiziyasının təqdim etdiyi ən müxtəlif yayım paketlərinə uyğun olaraq satışa çıxarılıb. Belə ki, ödəmə kartları 9, 11, 12, 13, 14 və 17 manatlıq kartlardan ibarətdir ki, bu kartlar vasitəsilə Ailə TV baza paketini və ya baza paketi ilə birlikdə hər hansı bir əlavə paketi aktivləşdirmək mümkündür. Ödəmə kartını almış abunəçi günün 24 saatı ərzində Ailə TV-nin Müştəri Xidmətlərinə zəng edərək kartın seriya nömrəsini və boyanın altındakı kodu söyləyə və xidməti aktivləşdirə bilər. Müştəri xidmətlərinin operatoru kartın kodunu bazaya daxil etdikdən bir sutka sonra xidmət aktivləşəcək.

Qeyd edək ki, Ailə TV ödəmə kartları vasitəsilə həm analoq, həm də rəqəmsal yayım üçün ödənişlər etmək mümkündür. Ailə TV kabel operator televiziyası hazırda Bakı şəhərinin Yasamal, Nəsimi, Nizami, Xətai, Nərimanov və Suraxanı rayonlarında, Hövsan qəsəbəsində, Mikrorayon adlanan ərazidə (1-9-cu mikrorayonlar) və Gəncə şəhərində sakinlərə yüksək keyfiyyətli kabel televiziyası yayımı xidmətlərini göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti