...

Azercell "On Air" müsabiqəsinin qaliblərini mükafatlandırdı

Telekommunikasiya Materials 5 Sentyabr 2012 17:21 (UTC +04:00)
"Azercell Telekom" MMC 2 ay bundan əvvəl təqdim etdiyi "On Air" layihəsinin qaliblərinin mükafatlandırma mərasimini keçirib.
Azercell "On Air" müsabiqəsinin qaliblərini mükafatlandırdı

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

"Azercell Telekom" MMC 2 ay bundan əvvəl təqdim etdiyi "On Air" layihəsinin qaliblərinin mükafatlandırma mərasimini keçirib. "Barama" layihəsinin ofisində baş tutan mərasimdə bütün qaliblərin adları açıqlanıb.

Şirkətdən çərşənbə günü Trend-ə verilən məlumata görə, 3 nominasiya üzrə keçirilən "On Air" layihəsində musiqi, foto və video aksiyalarında iştirak edən bir çox istedadlı gənclər sırasından Azercell-in seçiminə əsasən ən layiqliləri qalib elan edilib. "On Air" musiqi aksiyasında Cəmil Məmmədli, Fərid İsmayılov, Ruhin İsmayılov, foto aksiyada Rüstəm Rüstəmli, Rəşid Məmmədov, Novruz Mirzəyev, video aksiyada isə Fuad İsmayılov, Telman Bağırov, Nicat Qədimli qaliblər sırasında yer alıblar.

Bundan başqa, Facebook üzərindən istifadəçilərin daha çox bəyəndikləri ("Like" etdikləri) yaradıcılıq nümunələrinin sahibləri - Ruhin İsmayılov, Novruz Mirzəyev və Cavid Arifoğlu da şirkət tərəfindən mükafatlandırılıblar.

"On Air" aksiyalarının qaliblərinə Azercell tərəfindən pul mükafatları və hədiyyələr təqdim olunub.

Xatırladaq ki, Azercell-in təşkilatçılığı ilə keçirilən "On Air" aksiyalarının məqsədi ölkəmizdə gənc istedadları üzə çıxararaq, onların tanınmasına və inkişafına dəstək verməkdir. Layihə çərçıvəsində Azərbaycanda yaradıcı və qeyri-adi təxəyyülü olan insanlar üçün şirkət tərəfindən yaradılan http://onair.azercell.com portalı vasitəsilə gənclər öz yaradıcılıq nümunələrini - foto və videolarını, musiqi əsərlərini - nümayiş etdirib, onları sosial şəbəkələrdə paylaşaraq, insanların rəğbətini qazanmaq imkanını əldə ediblər.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.

Xəbər lenti

Xəbər lenti