...

Azərbaycanda İKT sektorundan ödənişlərin həcmi 2020-ci ilə 9 milyard dollara çata bilər

Telekommunikasiya Materials 3 Dekabr 2012 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir E. İsmayılov/

2020-ci ilə informasiya-koomunikasiya texnologiyaları (İKT) sektorundan ödənişlərin həcmi 8-9 milyard dollara çata bilər. Halbuki 2011-ci ilin yekunları üzrə bu göstərici 1,7 milyard dollar təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Azərbaycan 2020: Gələcəyə baxış" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Nazirin sözlərinə görə, qarşıya qoyulan məqsədə çatmaq üçün sektorun ortaillik artım tempi 20 faiz təşkil etməlidir.

"2012-ci ilin 10 ayının nəticələri deməyə imkan verir ki, İKT sektorunun 20 faiz artım tempinə cari ildə nail olunacaq. 2009-2011-ci illərdəki qlobal maliyyə böhranı zamanı sektorun illik artım tempi 14-15 faiz təşkil edib", - nazir vurğulayıb.

Əli Abbasov Azərbaycanda həyata keçirilən iri layihələr barəsində də məlumat verib. Bu layihələr sırasında Transavrasiya Superinformasiya Magistralın tikintisi layihəsi, Azərbaycanın peyk proqramı, genişzolaqlı internetin inkişafı, "Elektron hökumət"in qurulması və s. layihələr daxildir.

Nazirin sözlərinə görə, yaxın perspektivdə Azərbaycanın İKT sektoruna yatırılacaq investisiyaların həcmi 1,3 milyard dollar təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti