...

"Apple" Azərbaycanda "iTunes" mağazasına çıxış açıb

Telekommunikasiya Materials 4 Dekabr 2012 17:26 (UTC +04:00)
"Apple" şirkəti Azərbaycanda "iTunes" mağazasına çıxış açdığını elan edib. Bu barədə çərşənbə axşamı Trend-ə "Alma Store" mağazalar şəbəkəsinin ("Apple"ın firma mağazalarının Azərbaycanda rəsmi şəbəkəsi) icraçı direktoru Ramin Musayev bildirib.
"Apple" Azərbaycanda "iTunes" mağazasına çıxış açıb

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir H.Vəliyev/

"Apple" şirkəti Azərbaycanda "iTunes" mağazasına çıxış açdığını elan edib. Bu barədə çərşənbə axşamı Trend-ə "Alma Store" mağazalar şəbəkəsinin ("Apple"ın firma mağazalarının Azərbaycanda rəsmi şəbəkəsi) icraçı direktoru Ramin Musayev bildirib.

Musayevin sözlərinə görə, kontentin ödənişini Azərbaycanın yerli banklarının ödəniş kartları ilə həyata keçirmək mümkündür.

"Apple"ın onlayn mağazası iOS idarəçiliyi altında işləyən qurğular üçün rəqəmsal kontent (əlavə, audio, video və oyun mediakontenti) yayır. Belə mağaza eyni zamanda dünyanın 56 ölkəsində işə salınıb.

"iTunes Store"də alış və yükləmə üçün istifadəsi mümkün olan 20 milyondan çox rəqəmsal yazı təqdim olunub. Hazırda "iTunes" mağazasından dünyanın 119 ölkəsində istifadə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti