...

Ötən il Azərbaycanın IT sektoruna 325 milyon manatdan çox investisiya yatırılıb

Telekommunikasiya Materials 21 Yanvar 2013 14:56 (UTC +04:00)
2012-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin struktur bölmələri tərəfindən rabitə sektoruna 110,5 milyon manat həcmində insvestisiya yatırılıb.
Ötən il Azərbaycanın IT sektoruna 325 milyon manatdan çox investisiya yatırılıb

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir H.Vəliyev/

2012-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin struktur bölmələri tərəfindən rabitə sektoruna 110,5 milyon manat həcmində insvestisiya yatırılıb. Trend-in məlumatına görə, bu barədə Nazirliyin ötən ilin yekunlarına dair hesabatında deyilir.

Ümumilikdə, ilin yekunlarına əsasən, rabitə və informasiya texnologiyaları sektoruna 325,3 milyon manat investisiya qoyulub ki, bu da ölkə iqtisadiyyatına yatırılan investisiyaların ümumi həcminin 2 faizini təşkil edir.

İnvestisiya layihələrinin hesabına respublika üzrə ümumi istifadədə olan telefon şəbəkəsinin montaj tutumu 28,4 mindən çox nömrə artırılaraq 1,75 milyon ədədi ötüb.

Ötən ilin yekunlarına əsasən, hər 100 nəfərə düşən kompüterlərin sayı 20 ədəd, internet istifadəçiləri isə 70 nəfər olub, ki bunlardan 50-si genişzolaqlı internet istifadəçiləridir.

2012-ci ilin yekunlarına görə, respublika üzrə mobil rabitəyə çıxış səviyyəsi 110 faiz səviyyəsində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti