...

Azərbaycanın ilk elektron ticarət portalının istifadəçilərinin sayı 14 minə yaxındır

Telekommunikasiya Materials 14 Mart 2013 15:41 (UTC +04:00)
İqtisadiyyatın müxtəlif sahələrində yeni və qabaqcıl informasiya texnologiyalarının tətbiqi modern və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın daha da artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. İqtisadi İnkişaf Nazirliyi iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sahibkarlıq sahəsində müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetirir və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirir.
Azərbaycanın ilk elektron ticarət portalının istifadəçilərinin sayı 14 minə yaxındır

Azərbaycan, Bakı, 14 mart /Trend/

İqtisadiyyatın müxtəlif sahələrində yeni və qabaqcıl informasiya texnologiyalarının tətbiqi modern və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın daha da artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. İqtisadi İnkişaf Nazirliyi iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sahibkarlıq sahəsində müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetirir və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sahibkarların, xüsusilə də kənd təsərrüfatı məhsulları istehsalçılarının bazara sərbəst çıxışının dəstəklənməsi, onların biznes əlaqələrinin genişləndirilməsi, mal və xidmətlərin elektron qaydada alqı-satqısının təşkili məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən elektron ticarət portalı - www.b2b.az yaradılıb. Almaniyanın GIZ təşkilatının dəstəyi ilə yaradılmış portalın məqsədi yerli sahibkarlar tərəfindən istehsal olunmuş məhsullar və göstərilən xidmətlər barədə məlumatları potensial alıcılara çatdırmaq yolu ilə onlar arasında biznes əlaqələrin qurulmasına dəstək göstərməkdir.

İndiyədək portalın xidmətindən ümumilikdə 14 minə yaxın istifadəçi yararlanıb. Portala müraciət edənlər arasında Rusiya, ABŞ, Türkiyə, Çin, Ukrayna, Almaniya, Qazaxıstan, Hindistan, Belarus, Böyük Britaniya, İndoneziya, Fransa, İtaliya, BƏƏ, İspaniya, Yunanıstan, Cənubi Koreya, Danimarka, Macarıstan, Niderland və s. kimi ölkələrdən olan istifadəçilər də var. 2012-ci ildə portala qida sənayesi, inşaat, logistika, İKT, təhsil, ticarət, sənaye və xidmət sektorlarında fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən bir sıra ticarət təklifləri yerləşdirilib.

Azərbaycanın ilk elektron ticarət portalı olan www.b2b.az saytı "business to business" modeli əsasında qurulub. Fəaliyyət sahəsindən asılı olmayaraq bütün sahibkarlar portalın xidmətlərindən istifadə edə bilərlər. Bunun üçün portalın qeydiyyat bölməsindəki formanı dolduraraq qeydiyyatdan keçmək kifayətdir. Portaldan istifadə pulsuzdur. Sayt sahibkarların məhsulları və onların göstərdikləri xidmətlər barədə geniş məlumat əldə etməyə, həmçinin kiçik və orta sahibkarların ticarət əlaqələrinin genişləndirməsinə imkan yaradır. Elektron ticarət portalı istifadəçilərə məlumat dəstəyi də göstərir. Belə ki, portalda müxtəlif təhlil və informasiya xarakterli materiallar da yerləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti