...

"Bakcell" Yeni Klass tarif portfelini təqdim edir (FOTO)

Telekommunikasiya Materials 15 Mart 2013 19:14 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti “ayda bir dəfə ödə və rahat ünsiyyət üçün hər şey əldə et” məhsul fəlsəfəsi ilə özünün Klass subbrendi çərçivəsində yeni tariflər portfelini təqdim edir.
"Bakcell" Yeni Klass tarif portfelini təqdim edir (FOTO)

Azərbaycan, Bakı, 15 mart /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti "ayda bir dəfə ödə və rahat ünsiyyət üçün hər şey əldə et" məhsul fəlsəfəsi ilə özünün Klass subbrendi çərçivəsində yeni tariflər portfelini təqdim edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, yeni portfel aylıq danışıq, mesajlaşma və mobil internet ehtiyaclarından asılı olaraq, müxtəlif qrup abunəçilər üçün nəzərdə tutulmuş 3 tarif planından ibarətdir: Klass L, Klass XL, və Klass XXL. Klass L tarif paketinin istifadəçiləri ayda sadəcə 5 AZN ödəyib 100 ölkədaxili dəqiqə, 100 ölkədaxili SMS və 100 MB internet trafikindən faydalanacaqlar. Klass XL abunəçiləri ayda cəmi 10 AZN ödəyib 250 ölkədaxili dəqiqə, 250 ölkədaxili SMS və 250 MB internet trafiki əldə edəcəklər. Klass XXL abunəçiləri isə ayda cəmi 25 AZN ödəyib 750 ölkədaxili dəqiqə, 750 ölkədaxili SMS və 750 MB internet trafiki əldə edəcəklər.

"Biz Yeni Klass tariflərini mobil rabitənin bütün imkanlarından istifadə edib daim ünsiyyətdə qalan, rahatlıq və keyfiyyəti sevən insanlar üçün yaratmışıq. Yeni Klass ilə siz dəqiqə və ya bir meqabaytın qiyməti və yaxud nömrənizin balansı barədə artıq düşünməyəcəksiniz. Sadəcə, ehtiyaclarınıza uyğun olan Yeni Klass tarifini seçin və telefonunuzun bütün imkanlarından yararlanın - danışın, SMS yazın və internetdən istifadə edin", - Bakcell-in baş marketinq direktoru Aynur Abjanova bildirib.

Əgər Siz hələ də Bakcell abunəçisi deyilsinizsə, sadəcə Bakcell-in istənilən diler mağazasına gəlin, Yeni Klass nömrəsini əldə edin və tələblərinizi tam olaraq qarşılayan tarifə qoşulun.

Əgər Siz CİN abunəçisisinizsə, sadə bir USSD kodunu yığıb Yeni Klass tariflərinin birinə qoşula bilərsiniz: Klass L üçün *205#YES, Klass XL üçün *215#YES, Klass XXL üçün *230#YES.

Əgər Siz Klass abunəçisisinizsə, yeni tarifə keçmək üçün sadəcə yaxınlıqdakı Bakcell Xidmət Mərkəzinə gəlin və yeni SİM kartı pulsuz əldə edin. Yeni Klass tarifinə keçmək istəməyən Klass abunəçiləri cari tarifdən istifadə etməkdə davam edə bilərlər.

Yeni Klass 13 mart 2013-cü il tarixindən etibarən təklif olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti