...

Azərbaycanda "TP-Link" ötürücülərinin istifadəçilərinə xəbərdarlıq edildi

Telekommunikasiya Materials 27 Mart 2013 16:33 (UTC +04:00)
İnformasiya təhlükəsizliyi ilə məşğul olan "Sekurek" layihəsi "TP-Link" şirkətinə məxsus ötürücülərdə bekdorun olması haqqında məlumat yayıb.
Azərbaycanda "TP-Link" ötürücülərinin istifadəçilərinə xəbərdarlıq edildi

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir H.Vəliyev/

İnformasiya təhlükəsizliyi ilə məşğul olan "Sekurek" layihəsi "TP-Link" şirkətinə məxsus ötürücülərdə bekdorun olması haqqında məlumat yayıb. Bu bekdorun köməyi ilə lokal şəbəkənin istifadəçisi qurğu üzərində tam nəzarəti əldə edə bilər.

Trend-in məlumatına görə, təhqiqatçılar boşluğun istismarı üçün TL-WDR4300 və TL-WR743ND kimi ötürücülərdə yayılan POC-kodu təqdim ediblər.

Bekdoru istismar edərkən haker şəbəkə qurğusunun tam idarə edilməsini əldə edə bilər. Sekurek-in əməkdaşları TP-Link-in rəhbərliyinə yaranan boşluq haqqında məlumat veriblər, lakin əks tərəfdən heç bir addım atılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti