...

"Microsoft" Beynəlxalq Əqli Mülkiyyət Gününə dəstək verir

Telekommunikasiya Materials 30 Aprel 2013 15:52 (UTC +04:00)
Microsoft korporasiyası Beynəlxalq Əqli Mülkiyyət gününü dəstəkləyərək Ümumdünya İntellektual Mülkiyyət təşkilatına qoşulub. Əqli Mülkiyyət günü – hökümətlər, sənaye strukturları və istehlakçıları əqli mülkiyyət hüquqlarının əhəmiyyətini müzakirə etməyə çağırır.
"Microsoft" Beynəlxalq Əqli Mülkiyyət Gününə dəstək verir

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Microsoft korporasiyası Beynəlxalq Əqli Mülkiyyət gününü dəstəkləyərək Ümumdünya İntellektual Mülkiyyət təşkilatına qoşulub. Əqli Mülkiyyət günü - hökümətlər, sənaye strukturları və istehlakçıları əqli mülkiyyət hüquqlarının əhəmiyyətini müzakirə etməyə çağırır.

Qanun aliliyinə ehtiram, əqli mülkiyyət hüququ mədəniyyətinin əmələ gəlməsinə kömək edir. Bu isə yerli iqtisadiyyatda innovasiyaların stimullaşdırılmasında vacib amildir. Texnologiya sahəsində qanuni fəaliyyət gəlirləri artırır, dövlət proqramları və digər infrastruktur məqsədlərə dəstək verir, iş yerləri yaradır, sənayedə mədaxili artırır və güdrətli biznes ekosisteminin yaradılmasına səbəb olur.

Orijinal proqramdan istafadə edən məkanlarda istehlakçı və müəssisələrin effektiv mühafizəsinə doğru yol açılır. Bu halda həm istehlakçılar, həm də müəssisələr anlayırlar ki, qeyri-qanuni proqram təminatından istifadədən irəli gələn risklərdən mühafizə olunublar.

"Kompüter piratçılığı və qeyri-leqal proqram təminatından gəlir əldə etmə cəhdləri getdikcə daha da kəskinləşir və mürəkkəbləşir. Məhz buna görə əqli mülkiyyətin müdafiəsinin daha güclü və effektiv olması istiqamətində işlərin davam etdirilməsi vacibdir", - İstanbulda keçirilən saxtakarlıq və piratçılığa qarşı Qlobal konqresdə çıxış edən EMEA-nın Microsoft-da saxtakarlıq və rəqəmsal cinayətkarlıq şöbəsinin müdiri Xuan Xardoy bildirib. - Microsoft daim istehlakçıları və təşkilatları saxtakar və pirat proqram təminatının nəticəsi olan zərərverici, casus proqram və viruslardan gələn təhlükələr haqqında məlumatlandırır".

Microsoft bu il IDC şirkətinin keçirdiyi araşdımanın təşəbbüskarı olub. Tədqiqatların nəticələri göstərir ki, 2013-cü ildə viruslara yoluxma nəticəsində istehlakçılar müayinə, təmir və proqram təminatının bərpasına 1,5 milyard saat sərf edib, 22 milyard dollar xərcləyəcəklər. Qlobal şirkətlər isə zərərverici proqramların törətdikləri kiber hücumlara qarşı 114 milyard dollar sərf etməli olacaqlar. Saxta proqram təminatının real miqdarı xeyli çoxdur. 2013-cü ildə yüklənmiş saxta proqramların ümumi miqdarı 2 milyarda çatacaq. Bu isə 2006-ci illə müqayisədə üç dəfə çoxdur.

IDC-in araşdırması haqqında daha ətraflı məlumatı Microsoft Play It Safe saytında əldə etmək olar, http://www.play-it-safe.net. Saxta proqram təminatın alınmasından qurtulmaq üçün məlumat: http://www.howtotell.com.

Bütün dünayada insanlar və təşkilatlara sağlam əqli mülkihyyət mühitinin yaradılmasının vacibliyini və qeyri leqal proqram təminatından irəli gələn təhlükələrin fəsadlarını anlatmaq məqsədilə Microsoft http://www.microsoft.com/about/legal/en/us/IntellectualProperty/IPLicensing səhifəsində əqli mülkiyyətin lisenziyalaşdırılması və qanunları haqqında məlumat yerləşdirib.

1975-ci ildə təsis edilmiş Microsoft (Nasdaq "MSFT") korporasiyası insanlara öz potensiallarını tam reallaşdırmağa kömək edən proqram təminatı, xidməti və həlləri üzrə dünya lideridir.

Əlavə məlumat üçün aşağıdakı ünvanlara müraciət etməniz xahiş olunur, yalnız media

Rapid Response Team, Waggener Edstrom Worldwide, (503) 433-7070, [email protected]

Redaktorlar üçün qeyd: Microsoft haqqında əlavə məlumat və xəbər əldə etmək üçün Microsoft News Center-i ziyarət edin - http://www.microsoft.com/news.

Veb-istinadlar, telefon nömrələri və vəzifələr nəşr olduğu zaman dəqiq olaraq, sonradan dəyişə bilər. Əlavə məlumat üçün jurnalistlər və tədqiqatçılar Rapid Response Microsoft komandası və yaxud http://www.microsoft.com/news/contactpr.mspx səhifəsində sadalanan digər münasib şəxslərlə əlaqə yarada bilərlər.

Microsoft şirkəti haqqında:

1975-ci ildə təsis edilmiş Microsoft korporasiyası proqram təminatı, fərdi kompyuter və serverlər üçün internet-texnologiyaların işlənib hazırlanması və xidməti üzrə dünya lideridir. Microsoft korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. Bundan başqa, Microsoft interaktiv (onlayn) xidmətlər təklif edir, kompyuter mövzulu kitablar nəşr edir, kompyuterlər üçün periferik avadanlıq istehsal edir, tədqiqat fəaliyyəti və yeni kompyuter texnologiyalarının işlənib hazırlanması ilə məşğul olur. Microsoft korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompyuter platformalarının əksəriyyəti ilə uyğundur. Microsoft-un geniş əhatəli server əməliyyat sistemləri və proqramları internet xidmətləri, habelə, effektiv biznesin təşkili üçün mükəmməl platformadır.

2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft korporasiyasını dövlət və qeyri-dövlət sektorları ilə qarşılıqlı əlaqə quran, habelə, humanitar xarakterli məsələlərlə məşğul olan yeddi mütəxəssis təmsil edir. Microsoft Azərbaycan şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiqetmə yolu ilə təklif edərək, Azərbaycanın inkişafına töhfə verməkdir.

Şirkət və onun məhsulları haqqında əlavə məlumatı Microsoft veb-serverlərində tapmaq mümkündür:

www.microsoft.com (ingilis dilli)

www.microsoft.ru (rus dilli)

Microsoft, Windows və Vista Microsoft Microsoft Corporation-ın ABŞ və digər ölkələrdə qorunan əmtəə nişanıdır. Hazırkı sənəddə digər adı çəkilən məhsul və şirkətlərin adları müvafiq sahibkarların əmtəə nişanları ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti