...

Bakıda İKT üzrə ABŞ-Azərbaycan biznes forumu keçiriləcək

Telekommunikasiya Materials 31 İyul 2013 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir H. Vəliyev/

Bakıda informasiya-kommunikasiya texnologiyaları üzrə ABŞ-Azərbaycan biznes forumu keçiriləcək. Bu barədə çərşənbə günü Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) bildiriblər.

Nazirliyin məlumatına görə, forumun keçirilməsi barədə danışıqlar USACC (United States - Azerbaijan chamber of commerce) ilə aparılır.

Forumun keçirilməsi dekabrın 2-5-də baş tutacaq XIX Beynəlxalq BakuTel-2013 sərgi-konfransı çərçivəsində nəzərdə tutulub.

Nazirlikdən bildiriblər: "Hazırda USACC artıq Azərbaycan bazarında biznes fəaliyyəti aparmağa maraq göstərən öz üzvləri və xarici şirkətlər arasında biznes missiyaların iştirakçılarının siyahısını tərtib edir. Hesablamalara görə, sentyabrdan başlayaraq foruma hazırlıq üzrə tədbir fəallaşacaq".

RİTN-in dəstəyilə keçiriləcək foruma ölkə və İT sahəsində şirkətin yüksəkvəzifəli nümayəndələrilə brifinq və görüşlər daxildir.

2013-cü ildə sərgi çərçivəsində ABŞ-ın milli stendi fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti