...

Dövlət rabitə müəssisələrinin Azərbaycanın İKT sektoruna investisiyaları 38 milyon dolları ötüb

Telekommunikasiya Materials 31 İyul 2013 17:52 (UTC +04:00)
2013-cü ilin I yarısının yekunlarına əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) müəssisə və struktur bölmələrinin İKT sektoruna yatırdığı investisiyaların həcmi 29,98 milyon manat təşkil edib.
Dövlət rabitə müəssisələrinin Azərbaycanın İKT sektoruna investisiyaları 38 milyon dolları ötüb

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir H.Vəliyev/

2013-cü ilin I yarısının yekunlarına əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) müəssisə və struktur bölmələrinin İKT sektoruna yatırdığı investisiyaların həcmi 29,98 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin ilin I yarısının yekunlarına dair hesabatında deyilir.

Hesabata görə, bu dövr ərzində Azərbaycanın İKT sektoruna ümumilikdə 71,2 milyon manat həcmində investisiya qoyulub.

İKT sektoru və poçt rabitəsi üzrə əldə edilən gəlirlərin 76,1 faizi özəl sektorun payına düşüb. Bununla belə, əldə edilən gəlirlərin ümumi həcmindən 65,2 faizi mobil rabitənin payına düşüb ki, bu da ötən ilin müvafiq dövr göstəricisini 8,4 faiz üstələyir.

Yanvar-iyun aylarının yekunlarına əsasən, İKT sektoru və poçt rabitəsi üzrə gəlirlərin həcmi 2012-ci ilin analoji dövr göstəricisi ilə müqayisədə 10,5 faiz artaraq 756,8 milyon manat təşkil edib.

Ötən dövr ərzində ölkənin telekommunikasiya sektoru üzrə real artım tempi 6 faiz, İT sektoru üzrə 1,8 dəfə, poçt sektoru üzrə isə 11,7 faiz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti