...

Azərbaycanda Yüksək Texnologiyalar Parkında rezidentlərin seçim şərtləri müəyyənləşdirilir

Telekommunikasiya Materials 13 Yanvar 2014 04:30 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Yüksək Texnologiyalar Parkının (YTP) fəaliyyət qaydalarını hazırlayır. Bunu Trend-ə Parkın baş direktorunun müavini Cabbar Musayev deyib.
Azərbaycanda Yüksək Texnologiyalar Parkında rezidentlərin seçim şərtləri müəyyənləşdirilir

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Yüksək Texnologiyalar Parkının (YTP) fəaliyyət qaydalarını hazırlayır. Bunu Trend-ə Parkın baş direktorunun müavini Cabbar Musayev deyib.

Onun sözlərinə görə, qaydaların hazırlanması üzrə işlər yaxın vaxtlarda başa çatacaq. Sənəddə namizədlərin hazır layihələrlə müraciət qaydaları, onların seçim şərtləri və s. razılaşdırılacaq.

YTP-də inkişafa yüksək tərəqqi mərhələsinə çatmış perspektivli "start-up" layihələr iddia edə bilərlər.

Qeyd edək ki, Parkın fəaliyyətə başlaması ilə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələri genişləndiriləcək, elmi tədqiqatlar aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılması təmin ediləcək. Park iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasında da əhəmiyyətli rol oynayacaq.

YTP Bakının Pirallahı rayonunda inşa ediləcək. Bunun üçün Pirallahı rayonunda 50 hektar torpaq sahəsi ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti