...

İngiltərə Premyer Liqası Kubokunun Bakı səfəri

Telekommunikasiya Materials 18 Fevral 2014 15:50 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti İngiltərənin "Mançester Yunayted" futbol klubunun azarkeşlərini və bütün futbolsevərləri "Barclays PL" kubokunun Bakı turuna qatılmağa dəvət edir.
İngiltərə Premyer Liqası Kubokunun Bakı səfəri

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti İngiltərənin "Mançester Yunayted" futbol klubunun azarkeşlərini və bütün futbolsevərləri "Barclays PL" kubokunun Bakı turuna qatılmağa dəvət edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, Bakı səfəri çərçivəsində "Barclays PL" kuboku 19 fevral 2014-cü il tarixindən etibarən Bakı Dövlət Universiteti, "28 May" metrostansiyası, "Malakan" bağı, "28 Mall" Ticarət Məkəzi və "Bakcell Arena Pub"da nümayiş olunacaq.

Dünyanın bir çox məşhur futbolçusunun əlində ucalmış əfsanəvi kuboku görmək və şəkil çəkdirmək istəyən hər kəs 20-21 fevral 2014-cü il tarixlərində "28 Mall"a gələ bilər.

Kubokla görüşə gələn və #BarclaysKubokuBakıda heşteqi ilə sosial şəbəkələrdə şəkillərini paylaşan bütün futbolsevərlər müxtəlif hədiyyələr qazanmaq şansı əldə edəcəklər.

"Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. "Bakcell" Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində "Bakcell" şirkəti bütün MDB məkanında "Mançester Yunayted"in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, "Mançester Yunayted" azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti