...

"Azercell" Binəqədi qəsəbəsində yeni Ekspres ofisini istifadəyə verdi

Telekommunikasiya Materials 11 Aprel 2014 16:12 (UTC +04:00)
Bununla da Bakıda Ekspres ofislərinin sayı 20-yə çatdı
"Azercell" Binəqədi qəsəbəsində yeni Ekspres ofisini istifadəyə verdi

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Müştərilərinə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə ölkənin telekommunikasiya bazarının lideri "Azercell Telekom" Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaqdadır.

Belə ki, şirkət 11 apreldən etibarən Bakı şəhəri, Yeni Binəqədi qəsəbəsi, Mədən küçəsi, 3 ünvanında yeni AzEks ofisini abunəçilərinin ixtiyarına verib. Yeni AzEks ofisi hamı üçün rahat olan "bir nöqtədə üç xidmət" ("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilərlər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.

Xatırladaq ki, məhz "Azercell Telekom" 2004-cü il avqustun 27-də Bakıda ilk Azercell Ekspres ofisini istifadəyə verməklə MDB dövlətləri arasında öz abunəçilərinə bu xidmət konsepsiyasını təqdim edən ilk şirkət oldu.

Öz şəbəkəsini və əhatə dairəsini genişləndirən Azercell-in hazırda Bakıda 20, regionlarda isə 30 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə, Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti mövcuddur. Binəqədidə açılan yeni ofis Binəqədi sakinlərinə operativ və rahat xidmət göstərməklə yanaşı, ölkənin ən nümunəvi və peşəkar abunəçi xidmətindən yararlanmağa da imkan yaradacaq.

Abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün "Azercell" bütün ölkə boyu Ekspres ofislərinin sayını artırmaqda davam edir. Bu ilin əvvəlindən "Azercell" artıq 3 Ekspres ofisini abunəçilərin ixtiyarına verib. Azercell il ərzində Bakıda 3, regionlarda isə daha yeni 5 AzEks ofisini istifadəyə verməklə abunəçilərini sevindirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti