...

"Nar Mobile" beynəlxalq idman tədbirinin sponsoru oldu (FOTO)

Telekommunikasiya Materials 12 May 2014 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend/

8-10 may tarixlərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən "Elite Horse and Polo Club" atçılıq klubunun açıq manejində atçılığın konkur növü üzrə CSI3* kateqoriyalı beynəlxalq turniri başa çatıb.

"Nar Mobile" mobil operatorunun sponsorluğu ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə Azərbaycan, Gürcüstan, Rusiya, Polşa, Ukrayna, İran və s. ölkələrin idmançıları iştirak ediblər.

Ümumi mükafat fondu 168 min ABŞ dolları olan turnirdə ümumilikdə 25-ə yaxın idmançı və 65-ə yaxın at iştirak edib. Turnirə Türkiyə, Bolqarıstan, Rusiya, İran və Belçikadan dəvət olunan hakimlər kollegiyası nəzarət ediblər.

Azərbaycan idmançısı Camal Rəhimov yarışın qalibi olub. Turnir final günü dünyaca məşhur "Boney M" qrupunun konsert proqramı ilə bitib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti