...

Azərbaycanın bütün bankları Rabitə Nazirliyinin ödəniş sisteminə qoşulub

Telekommunikasiya Materials 30 İyun 2014 19:14 (UTC +04:00)
Azərbaycanın bütün bankları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) ödəniş sisteminə qoşulub.

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Azərbaycanın bütün bankları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) ödəniş sisteminə qoşulub.

Trend-in Mərkəzə istinadən verdiyi məlumata görə, sistem stasionar telefon xəttindən istifadəyə görə ödəniş etməyə imkan verəcək. Sistem ilk dəfə mart ayında istifadəyə verilib.

Abunəçilərin rahatlığının təmini üçün onların telefon nömrələri kommunal kodları ilə əlaqələnidirilib. Bununla da abunəçilər informasiyanı operativ əldə edir, işıq, qaz və sudan istifadəyə görə yaranmış borcu ödəyə bilirlər.

Vəsaitlərin operatorun bank hesabına dərhal köçürülməsi debitor borcların yaranmasının qarşısını alır ki, bu da sistemin üstünlüklərindən biridir.

MHM-in mərkəzləşdirilmiş billinq sistemi kommunal ödənişlərin yığımı üçün iyun ayından Naxçıvan Muxtar Respublikasında da işə başlayıb. Layihə MHM və MR-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti