...

Koreyanın Baş naziri Azərbaycanda e-hökumət sisteminə qiymət verdi

Telekommunikasiya Materials 28 Noyabr 2014 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Koreyanın Baş naziri Çanq Honqvon Azərbaycanda "Elektron hökumət" sisteminin sürətli inkişafını yüksək dəyərləndirib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 26-dan Azərbaycanda rəsmi səfərdə olan Koreyanın Baş naziri Ç.Honqvon son illər ölkəmizdə baş verən innovativ dəyişikliklərə münasibət bildirib. Koreya-Azərbaycan əlaqələri, eləcə də hər iki ölkənin beynəlxalq müstəvidə BMT və digər qurumlarla sıx əməkdaşlıq münasibətlərinin davam etdiyini qeyd edən Baş nazir 2007 və 2012-ci illərdə Prezident İlham Əliyevin Koreya Respublikasına rəsmi səfərlərinin hər iki dövlət arasında diplomatik münasibətlərin dərinləşməsinə təkan verdiyini vurğulayıb.

O, qeyd edib ki, "Elektron hökumət" təchizat sahəsində ictimai xidmətin, məlumatın saxlanılmasının, inzibati idarəçiliyin səmərəliliyini artıran çox faydalı infrastruktur formasıdır: "Elektron hökumət" insanların gündəlik həyatlarını daha da asanlaşdırır".

Ç.Honqvon Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyində elektron təhsil mərkəzinin yaradılması üzrə layihə həyata keçirdiyini və bununla əlaqədar olaraq Azərbaycanın hökumət rəsmiləri üçün müxtəlif təlim proqramları təşkil etdiyini, həmçinin gələcəkdə Azərbaycanla elektron təchizat və mərkəzləşdirilmiş maliyyə menecmenti məlumat sistemləri sahələrində əməkdaşlığı genişləndirməyə çalışacağını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti