...

İlk dəfə Cisco-nun "Verilənlərin Emalı Mərkəzi və Təhlükəsizlik: dəyişikliklər astanasında" forumu keçirildi

Telekommunikasiya Materials 26 May 2015 16:11 (UTC +04:00)
Cisco şirkəti Azərbaycanda ilk dəfə "Verilənlərin Emalı Mərkəzi (VEM) və təhlükəsizlik" adlı forumunu keçirdi.
İlk dəfə Cisco-nun "Verilənlərin Emalı Mərkəzi və Təhlükəsizlik: dəyişikliklər astanasında" forumu keçirildi

Cisco şirkəti Azərbaycanda ilk dəfə "Verilənlərin Emalı Mərkəzi (VEM) və təhlükəsizlik" adlı forumunu keçirdi. 26 may tarixində Bakının "Mariott" mehmanxanasında təşkil edilmiş tədbirdə 300 yaxın İT-mütəxəssis, analitik və jurnalist iştirak etdi.

Tədbiri Cisco-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Orlov açdı. Cisco-nun MDB ölkələri üzrə mühəndislər və konsultantlar qrupunun rəhbəri Aleksey Bessarabanın plenar çıxışı adaptiv İT-lərin yaradılması üçün nəzərdə tutulan həllərə həsr edilmişdi.

Forumun sonrakı proqramına 20-yə yaxın çıxış və iki texnoloji axın: "Verilənlərin emalı mərkəzləri" və "İnformasiya təhlükəsizliyi" - çərçivəsində Cisco və onun tərəfdaşlarının ən son məhsullarının nümayişi daxil idi.

Dünyanın informasiya təhlükəsizliyi bazarının tanınan lideri olan Cisco şirkəti virtuallaşdırılmış mühit, kontent və mobil cihazların qorunması, şəbəkə çıxışına və proqramlara nəzarət, zərərli kodlarla mübarizə və s. bu kimi əməliyyalar üçün bir sıra yeni həllər təqdim edib. Cisco-nun informasiya təhlükəsizliyi məhsullarının satış üzrə meneceri Vladimir İlibman Cisco-nun yeni təhlükəsizlik modeli haqqında danışdı. Həmin modelin məqsədi korporativ şəbəkəyə daxil olmadan öncə geniş təhlükələr çeşidinin hücum və hücumdan sonrakı mərhələdə aşkarlanması və neytrallaşdırılmasıdır. Cisco-nun sistem mühəndisi Pavel Rodionovun çıxışı təhlükəsiz internet-mühitin yaradılmasına və müasir virtuallaşdırılmış VEM-lərin qorunmasına həsr olunmuşdu.

"Verilənlərin emalı mərkəzləri" axını üzrə iştirakçılar virtuallaşdırılmış və miqyaslana bilən VEM-lərin yaradılması üçün nəzərdə tutulan ən son Cisco həllərilə tanış oldular. NetApp-ın MDB ölkələri üzrə biznes inkişafı direktoru Vladimir Novikov VEM üçün ən məşhur arxitekturalardan biri olan FlexPod haqqında danışdı. Cisco-nun mühəndis-konsultantı Viktor Podkorıtov forum iştirakçılarını inqilabi VEM şəbəkə infrastrukturu konsepsiyası olan Cisco ACİ ilə tanış etdi.

Daha sonra iştirakçılar böyük korporasiyalarda, ictimai sektor təşkilatlarında, kiçik və orta müəssisələrdə, həmçinin operatorlar bazarında yeni nəsl VEM-lərin yaradılması üçün aparıcı həllərə çevrilmiş Cisco Nexus və UCS məhsulları haqqında ətraflı məlumat əldə etdilər. V.Podkorıtov öz çıxışında VEM şəbəkələrinin yaradılması üçün Cisco Nexus kommutatorlarının üstünlüklərinə toxundu. Cisco-nun sistem mühəndisi Anastasiya Marçenko Cisco UCS serverləri, onların nadir xüsusiyyətləri və həmin məhsul xəttinin inkişafı strategiyası haqqında danışdı. V.Podkorıtovun daha bir çıxışı Cisco UCS Director proqram məhsuluna həsr olunmuşdu. Həmin məhsul hazırda İT-təşkilatlarda çalışan mütəxəssislərin əllə həyata keçirdiyi uzunsürən və mürəkkəb prosesləri avtomatlaşdırmağa imkan verir. Viktor Cisco UCS Director məhsulunun Vblock, FlexPod və VSPEX kimi ən məşhur konvergent və inteqrasiya olunmuş infrastruktur sistemlərinin əksəriyyətini necə dəstəklədiyini dinləyicilərin nəzərinə çatdırdı.

Cisco şirkətinin "Verilənlərin Emalı Mərkəzi (VEM) və təhlükəsizlik: dəyişikliklər astanasında" adlı forumu 8 sponsor şirkətinin fəal iştirakı ilə təşkil olundu və keçirildi: Abris Distribution, Bakinity, Eurodesign, Intel, NetApp, R.I.S.K., RRC və Softline.

Tədbir Azərbaycanın yeddi kütləvi informasiya vasitəsinin dəstəyilə keçirildi: ICTNews.az, MARJA.az, MYVIDEO, Rabita Dünyası, Technimum.az, Trend və Xeberler.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti