...

"Nar" Novruz kampaniyasına start verdi

Telekommunikasiya Materials 29 Fevral 2016 19:09
Daha artıq balans, daha çox bonus!
"Nar" Novruz kampaniyasına start verdi

Trend-i buradan izləyin

Bakı. Trend:

Novruz kampaniyası çərçivəsində abunəçilər balanslarını nə qədər çox artırsalar, "Nar"dan bir o qədər bonus qazanarlar. Bu bonuslarla bayram günlərində abunəçilər bol ünsiyyət quraraq Novruz sevincini yaxınları ilə paylaşa bilərlər.

Ödəniş üsulundan asılı olmayaraq, martın 1-dən 15-dək balansını birdəfəlik 5, 10 və ya 20 AZN məbləğində artıran hər bir abunəçi müvafiq olaraq 100, 200 və ya 300 MB internet trafiki, eləcə də 300, 600 və ya 1000 şəbəkədaxili SMS bonus qazanacaq.

Bu bonuslar martın 1-dən 15-dək toplanacaq və Novruz günlərində hər bir kəsə xoş ünsiyyət, bayram ovqatı bəxş etmək üçün abunəçilərə 20-27 mart tarixlərində təqdim olunacaq. Tarifindən asılı olmayaraq, kampaniyadan öncədən bütün ödənişli "Nar" nömrələrinin istifadəçiləri yararlana bilərlər.

Kampaniya haqqında daha ətraflı: www.nar.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti