...

İKT ilə bağlı qrant müsabiqəsinə layihələrin qəbulu bitir

Telekommunikasiya Materials 26 Aprel 2018 18:33 (UTC +04:00)
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi VI qrant müsabiqəsinə layihələrin qəbulu 4 gündən sonra başa çatacaq
İKT ilə bağlı qrant müsabiqəsinə layihələrin qəbulu bitir

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi VI qrant müsabiqəsinə layihələrin qəbulu 4 gündən sonra başa çatacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, fondun qrant müsabiqələrinin keçirilməsində əsas məqsəd gənclərin intellektual biznes, innovativ sahibkarlıq və İKT sahəsinə marağını artırmaq, bu sahədə kütləviliyi təmin etməkdən ibarətdir.

Qeyd edək ki, Fond İKT sahәsindә dövlət siyasətinin hәyata keçirilmәsinә yardım edir vә intellektual bizneslə məşğul olan innovativ sahibkarlıq subyektlәrinә maliyyә dәstәyi göstәrir. Fondun bu günə qədər keçirdiyi 5 qrant müsabiqəsinə təqdim olunmuş 754 innovativ və tətbiqi elmi-texniki layihədən 112-nə qrant ayrılıb. Fond tәrәfindәn verilәn qrantlar startapçıların şəxsi bizneslәrinin qurulmasında əvәzsiz rola malikdir.

İcrası yekunlaşdırılmış layihələrdən 20-si kommersiyalaşdırılıb və fəaliyyətini davam etdirərək bazarda öz yerini tutub. Cari qrant müsabiqəsinə layihələrin qəbulu 1 mart 2018-ci il tarixindən başlayıb və hazırda davam edir.

Layihələrin qəbulu 30 aprel 2018-ci il tarixində saat 18:00-da başa çatır. Qrant müsabiqələrinə layihələrin qəbulu fondun rəsmi internet saytındakı (www.ictfund.gov.az) e-qrant bölməsindən təqdim oluna bilər.

Əlaqə:

Ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 4

Telefon: (+99412) 5383787

Faks: (+99412) 5383789

Elektron poçt: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti