...

Bu il 89 veb-resursa haker müdaxiləsi qeydə alınıb

Telekommunikasiya Materials 29 Dekabr 2018 16:43 (UTC +04:00)
CYBERO Kibertəhlükəsizlik Mərkəzi 2018-ci il üzrə .az zonası üzrə kiberhücumların monitorinqini apararaq onların analizini aparıb.
Bu il 89 veb-resursa haker müdaxiləsi qeydə alınıb

Bakı. Trend:

CYBERO Kibertəhlükəsizlik Mərkəzi 2018-ci il üzrə .az zonası üzrə kiberhücumların monitorinqini apararaq onların analizini aparıb.

Trend-in məlumatına görə, əldə edilən məlumatlar əsasında aparılan monitorinqə əsasən 2018-ci il ərzində ".az" zonalı internet informasiya resurslarına qarşı çox saylı kiberhücumlar nəticəsində 89 veb-resursa haker müdaxiləsi halının reallaşdırıldığı müəyyən olunub.

Hücum olunan veb-resursların analizi göstərir ki, onların 25-i informasiya resursunun məhz düzgün təhlükəsiz kodlanmaması, 54-ü isə server sazlamalarının düzgün qurulmaması nəticəsində hakerlərin hədəfinə çevriliblər. Analizlər eyni zamanda bu ver-resursların 12-sinin təkrar-təkrar hücuma məruz qalmasına baxmayaraq çatışmazlıqları aradan qaldırmaq üçün lazimi tədbirlərin görülməməsi faktını ortaya çıxarıb.

Hücum həyata keçirilən saytların host olunmasının ölkələr üzrə 10%-i Azərbaycan, 40%-i ABŞ, 15%-i Almaniya, 10%-i Rusiya, 10%-i Türkiyə, 15%-i isə digər ölkələrin payına düşür.

Hücumların 68%-nin serverlərin boşluğundan istifadə olunaraq həyata keçirilməsini nəzərə alaraq "CYBERO" bir daha “shared hosting” istifadə edən şirkətləri diqqətli olmaları üçün xəbərdar edir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti