Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

Bakı. Trend:

Bu il 2-6 mart tarixlərində ölkəmizdə II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün təşkil olunan mətbuat konfransında “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçiriləcək tədbirlər haqqında ictimaiyyətə ətraflı məlumat verilib.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib ki, təhlükəsizlik real həyatda olduğu kimi, virtual aləmdə də çox önəmlidir. “Kibertəhlükəsizlik şirkəti olan “Arbor Networks”un verdiyi statistikalara görə, 2019-cu ildə baş verən kibercinayətlər son 11 ilə nəzərən 60 dəfə daha çoxdur, bu, çox ciddi rəqəmdir. Məhz bu səbəbdən dövlətlər, şirkətlər və fərdlər üçün kibertəhlükəsizlik son dərəcədə önəmli olmalıdır” – deyə mətbuat katibi qeyd edib. Onun sözlərinə görə, dünyada hər bir dəqiqədə kiberməkanda 500 milyon hücum təşkil edilir.

Mətbuat katibi vurğulayıb ki, özünün kibertəhlükəsizlik strategiyasını hazırlayan Azərbaycan, təbii ki, bu risklərdən xəbərdardır və onların qarşısının alınmasında bu strategiyadan irəli gələn müddəaların həyata keçirilməsi mühüm rol oynayacaq.

“Ötən dövrdə Azərbaycan özünün kibertəhlükəsizlik indeksini də yaxşılaşdırıb. 194 ölkənin iştirak etdiyi və ilk üçlüyü Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Fransanın bölüşdüyü “Global Cyber Security” indeksində hazırda ölkəmiz 55-ci yerdə qərarlaşıb” – Günel Gözəlova belə deyib.

Onun sözlərinə görə, 2-6 mart tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunacaq II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində beynəlxalq mütəxəssislərin də cəlb olunacağı 8 böyük tədbirin təşkili nəzərdə tutulur.

Daha sonra tədbir təşkilatçıları jurnalistlərin suallarını cavablandırıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov “Kibertəhlükəsizlik strategiyası”nın hazırlanmasının yubanması ilə bağlı məsələyə münasibət bildirib.

“Kibertəhlükəsizlik strategiyası” Nazirlər Kabinetinin iş planına uyğun olaraq aparıldığından bir qədər vaxt alıb”.

R.Əzizovun sözlərinə görə, müzakirələr zamanı bir vacib məqam, informasiya təhlükəsizliyi məsələlərinin həmin “Kibertəhlükəsizlik strategiyası”nda o qədər də əksini tapmaması ortaya çıxıb: “Amma bu, olduqca vacib məsələdir. Ona görə də hazırda bu iki məsələnin birləşdirilərək “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası” adında vacib sənədin hazırlanması istiqamətində işlər aparılır.

Rəşad Əzizov, həmçinin Fərdi Məlumatların Qorunması Qaydaları haqqında sualı da cavablandırıb. “Azərbaycanda "Ümumi Məlumatların Qorunması Qaydaları"nın hazırlanması üçün işçi qrupu yaradılıb”.

O əlavə edib ki, bir sıra qanunvericilik aktlarının hazırlanması istiqamətində işlər aparılır: "Həmin sənəd qəbul olunandan sonra bundan irəli gələn normativ aktların qəbulu nəzərdə tutulur. Bu istiqamətdə də işlər aparılır. Xüsusi olaraq deyim ki, fərdi məlumatların qorunması istiqamətində artıq hüquqi islahatlar aparılır, yüksək səviyyəli işçi qrupu formalaşıb. Nazir müavininin rəhbərliyi altında bu proses gedir. Bu qanunlara dəyişikliklər baş verəcək. Ümumiyyətlə, fərdi məlumatların qorunmasına yanaşmamız da dəyişə bilər".

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidməti mütəmadi olaraq kibertəhlükəsizlik sahəsində əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirir”.

Bunu mətbuat konfransında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Ləman Hüseynzadə deyib. O bildirib ki, maarifləndirmə səviyyəsinin yüksəldilməsi, eyni zamanda sahə üzrə fəaliyyət göstərən qurumların, şirkətlərin koordinasiyalı fəaliyyətini təmin etmək məqsədini əsas tutub: “Kibertəhlükəsizlik həftəsi” ölkə Prezidentinin müvafiq sərəncamları ilə təsdiq olunmuş informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər strategiyasında kibertəhlükəsizlik üzrə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini təmin etmək üçün yaradılıb. Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti mütəmadi olaraq bu sahədə əhalinin maarifləndirilməsi üçün tədbirlər görür. Orta və ali məktəblərdə tərəfimizdən seminarlar təşkil olunur. Uşaqların daha çox məlumatlandırılması, müəllim və valideynlərin maarifləndirilməsi üçün mütəmadi olaraq təbdirlər keçirilir”.

“Kibertəhlükəsizlik həftəsi”ndə keçirilən tədbirlərdən biri də “Hökumət Buludu”na həsr olunub. Tədbir haqqında ətraflı məlumat verən “AzİnTelecom” şirkətinin kommersiya departamentinin rəhbəri Ruslan Əliyev bildirib ki, “Dövlət Buludu” dünya təcrübəsində yeni deyil: “Burada bulud texnologiyaları tətbiq olunur ki, bu da ənənəvi İT həllərdən fərqlənir. Ancaq hər iki variantda təhlükəsizlik mühüm rol oynayır. Bununla əlaqədar olaraq 3 mart tarixində keçiriləcək tədbirdə iştirakçılar “bulud texnologiyaları necə olur?”, “hökumət buludu nədir?”, “kimin üçün tətbiq olunur?” kimi suallara cavab ala biləcəklər”.

Martın 4-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə keçiriləcək Kibertəhlükəsizlik üzrə Gənclərin İnternet İdarəçilik Forumu haqqında isə BMT-nin İnkişaf proqramının layihə meneceri Vasif Məmmədov ətraflı məlumat verib. O bildirib ki, forumda daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yolları müzakirə olunacaq.

Kibertəhlükəsizlik sahəsində kadrların hazırlanması haqqında sualları cavablandıran “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC-nin direktoru Rauf Cabbarov bunun rəhbərlik etdiyi qurum qarşısında qoyulan vacib tapşırıq olduğunu deyib. O bildirib ki, ölkədə bu sahədə mütəxəssislərin sayı kifayət deyil: “Ötən ildən başlayaraq İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi kadrların hazırlanmasına xüsusi diqqət ayırır. Treninqlər keçirilir, bu treninqləri uğurla keçənlərə beynəlxalq şirkətlərin sertifikatları təqdim edilir”.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ikinci ildir təşkil olunan “Kibertəhlükəsizlik həftəsi”nin keçirilməsi bu sahədə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır.

Sözügedən həftə çərçivəsində kibertəhlükəsizlik sahəsinin müxtəlif istiqamətlərinə həsr edilmiş 8 tədbirin təşkili nəzərdə tutulur.

İlk tədbir 2 mart tarixində baş tutacaq “Kibertəhlükəsizlik konfransı” olacaq. Nazirliyin Elektron Təhlükəsizlik Xidmətinin təşkilatçılığı, “Microsoft”, “IS3S”, “Prosol”, “Kaspersky” şirkətlərinin tərəfdaşlığı ilə keçiriləcək “Kibertəhlükəsizlik konfransı”nda günün müasir trendləri və çağırışları nəzərə alınaraq, sahə üzrə yerli və beynəlxalq şirkətlərin yeni kibertəhlükəsizlik həlləri ilə bağlı təqdimatları və məruzələri dinləniləcək. Tədbir sual-cavab sessiyaları, habelə müzakirələr, əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əvəzolunmaz platforma rolunu oynayacaq.

Konfransla paralel olaraq kibertəhlükəsizlik üzrə həllərin nümayiş etdiriləcəyi “Cyber village” sərgisi baş tutacaq.

Martın 3-də “Təhlükəsiz Hökumət Buludu” tədbiri baş tutacaq. “AzInTelecom” MMC tərəfindən təşkil ediləcək “Hökumət Buludu” layihəsinin icrası üzrə görülmüş işlər, məhsullar, xidmətlər və gələcək planlar diqqətə çatdırılacaq. Bu sahədə aparılan islahatlar, dövlət və biznes strukturlarının, təşkilatların və fərdi şəxslərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və mövcud kibertəhdidlər haqqında məlumat veriləcək. Həmçinin, milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində biliklərin və bacarıqların paylaşılması nəzərdə tutulur. “AZCLOUD” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər barədə təqdimatlar nümayiş olunacaq.

3 mart tarixində keçiriləcək növbəti tədbir dövlət və bank sektorunda çalışan kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün Pentestinq, yəni nüfuz üzrə praktiki seminar olacaq. Nazirliyin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) və “IS3S” şirkətinin birgə təşkilatçılığı ilə reallaşacaq seminarı tanınmış rusiyalı kibertəhlükəsizlik mütəxəssisi və tədqiqatçısı Yuri Qurkin aparacaq. Seminarda “pentest”in növləri, metodikası, texnoloji həlləri təqdim ediləcək.

Martın 4-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə Kibertəhlükəsizlik üzrə Gənclərin İnternet İdarəçilik Forumu keçiriləcək. Tədbirdə daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yolları müzakirə olunacaq.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində martın 4-də, həmçinin “Hackathon” (Capture the Flag) müsabiqəsinə start veriləcək. Elektron Təhlükəsizlik Xidmətinin təşkilatçılığı, İnnovasiyalar Agentliyinin tərəfdaşlığı ilə keçiriləcək müsabiqə çərçivəsində iştirakçılara komanda şəklində veb-tətbiqetmələrdə olan zəifliklərin istismarı, kriptoqrafiya, binar tətbiqetmələrdə olan pozuntuların istismarı, tərs mühəndislik kimi mövzular üzrə tapşırıqların həllini tapmaq təklif olunacaq.

Elektron Təhlükəsizlik Xidmətinin təşkilatçılığı, “Prosol”, “E&Y” və lisenziya almış şirkətlərin tərəfdaşlığı ilə 5 mart tarixində “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri baş tutacaq. Burada yerli və beynəlxalq şirkətlər tərəfindən rəqəmli erada fərdi məlumatların mühafizəsi sahəsində Avropa İttifaqının Məlumat Mühafizəsinin Ümumi Qaydaları (General Data Protection Requlation – “GDPR”) əsas götürülməklə Avropa təcrübəsi ilə bağlı təqdimatlar və məruzələr dinləniləcək. Bununla yanaşı, ölkəmizdə sahə üzrə mövcud vəziyyət və həyata keçirilmiş islahatlarla bağlı məlumat veriləcək.

Martın 5-də Azərbaycan Standartlaşdırma İnstitutunun və İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin təşkilatçılığı ilə Kibertəhlükəsizlik üzrə Beynəlxalq Sertifikatlaşdırma təlimi də keçiriləcək. Bir həftə davam edəcək təlim çərçivəsində “İSO/İEC 27001 – İnformation Security Management Systems” – informasiya təhlükəsizliyinin idarəetmə sistemləri üzrə qəbul edilmiş beynəlxalq standartın tələbləri və tətbiq üsulları yerli mütəxəssislərə öyrədiləcək.

Martın 6-da “Hackathon” müsabiqəsi üzrə mükafatlandırma mərasimi təşkil olunacaq. I yer üzrə 4000 AZN, II yer üzrə 2000 AZN, III yer üzrə isə 1000 AZN məbləğində pul mükafatı təqdim ediləcək. Bununla da “Kibertəhlükəsizlik həftəsi”nə yekun vurulacaq.

Qubadlının Ulaşlı kəndi (VİDEO)
Qubadlının Ulaşlı kəndi (VİDEO)
Kanada ABŞ sərhədləri 21 aprelə qədər bağlı qalacaq
Kanada ABŞ sərhədləri 21 aprelə qədər bağlı qalacaq
Ağstafada yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb (FOTO)
Ağstafada yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb (FOTO)
Loading Bars
Xəbər lenti
Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı isə artıb
Qusarda narkotik becərən şəxs yaxalanıb (FOTO)
2 koronavirus xəstəsi küçədə saxlanıldı (FOTO)
Kaspersky 2020-ci ilin maliyyə yekunlarını təqdim edib
Bakıda meyiti damda tapılan qız niyə ölüb? - Araşdırma başladı
Polis Saatlı və Zərdabda əməliyyat keçirdi, silahlı şəxslər yaxalandı
Qubadlının Ulaşlı kəndi (VİDEO)
Bu həftə ünvanlı yardımın ödənilməsi nəzərdə tutulub - DSMF
Evini tərk edən daha 9 aktiv koronavirus xəstəsi saxlanıldı
Ermənistan üçtərəfli bəyanatın icrası əvəzinə, beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır - XİN
Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb
Bakıda binanın damında gənc qız meyiti tapılıb
Xaçmazda 3 otaqlı ev yanıb
Post-pandemiya dövründə fəaliyyətini dayandırmış hansı sahələr daha tez bərpa olunacaq? - ŞƏRH
Kanada ABŞ sərhədləri 21 aprelə qədər bağlı qalacaq
Aprelin 21-də xarici valyutaların manata qarşı məzənnələri
Ağstafada yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb (FOTO)
İsveçrədə İdman Gimnastikası üzrə Avropa Çempionatına start verilir
60 mindən çox şəxs Qarabağa qayıdış proqramı çərçivəsində keçirilən sorğuda iştrak edib
Gəncə yol polisi avtoxuliqanlıq edənlərə qarşı reyd keçirib (FOTO)
Aİ "COVİD-sertifikat"ları iyundan tətbiq edəcək
Suriyanın prezidentliyi uğrunda mübarizəyə ilk dəfə qadın qatılacaq
ABŞ-da sabiq polis Corc Floydun ölümündə təqsirli bilinib
Əfqanistana dair İstanbul konfransı təxirə salınıb
İngilitərə Premyer Liqası: "Çelsi" "Brayton"la heç-heçə etdi
Türkiyədə son sutkada koronavirusdan 55 592 nəfər sağalıb
Bakıda kirayə mənzillər ucuzlaşıb
Bakıda yaşayış binasında yanğın olub
Dünyada koronavirusa yoluxanların sayı 141,7 milyonu ötüb - ÜST
Tovuzda birmərtəbəli ev yanıb
Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Əli Əsədov ilə Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub
Avropa çempionatında güləşçimiz Turan Bayramov gümüş medal qazanıb
Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq
Prezident İlham Əliyev: Qarabağ zonasında da sənaye parkları olacaq
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və revanşist düşüncələrdən əl çəkməlidir - Deputat
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Azərbaycan "Şərq tərəfdaşlığı" ölkələri arasında vahid rouminq məkanının yaradılması təşəbbüsünə qoşulub
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir
Prezident İlham Əliyev: Yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcək
SOCAR-ın Türkiyədəki neft-kimya kompleksinin satışlarının artımı proqnozlaşdırılır
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq
Prezident İlham Əliyev: Bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir
Prezident İlham Əliyev: Tövsiyə etmişəm ki, Qarabağda buna oxşar təsərrüfatlar yaradılsın
Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq
Prezident İlham Əliyev: Əlliyə yaxın aqroparkın yaradılması nəzərdə tutulur
Azərbaycan Prezidenti: Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir
Prezident İlham Əliyev: Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələrini görürük
Azərbaycan Türkiyədən təxminən 20 milyon dollarlıq avtomobil idxal edib
Bakıda torpaq qiymətləri bahalaşıb
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olunub
SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımaların həcmi açıqlanıb
Azərbaycanda ani buraxılış imkanı ilə rəqəmsal kartlar təqdim olunacaq
Karantin rejimini pozan Rəşad Dağlı məsuliyyətə cəlb edildi
Beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib (FOTO/VİDEO)
Prezident İlham Əliyevin Hacıqabula səfəri regionların inkişafına olan diqqətin əyani təzahürüdür
Havada toz dumanı müşahidə olunur
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib
Avropa Şurası Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər
Maliyyə Nazirliyi “Sovetski” adlanan ərazidə yaşamış bir qrup sakinin iddialarına münasibət bildirib
İtkin düşən daha 2 hərbi qulluqçumuzun nəşi tapılaraq ailəsinə təhvil verilib
Vətən müharibəsində itkin düşən hərbçilərin sayı açıqlanıb
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib (FOTO/VİDEO)
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq
Aprelin 21-nə USD/AZN rəsmi məzənnəsi
Bir sıra ölkələrdən Azərbaycana quş və quş ətinin gətirilməsi qadağan edildi
Ermənistan 10 noyabr bəyanatının iqtisadi və nəqliyyat əlaqələrinin canlandırılması ilə bağlı bəndinə əməl etmir - "Azernews"
Kunio Mikuriya: Azərbaycan gömrük xidmətinin informasiya texnologiyalarının tətbiqi sahəsində atdığı addımları alqışlayırıq (FOTO)
Məhkəmə həbsdə olan generalın vəsatətini rədd etdi
Bu ilin ilk rübündə ƏƏSMN-in e-xidmətlərinə 3,5 milyon müraciət qeydə alınıb
Nardarandakı daş karxanasının fəaliyyəti dayandırılacaq
Xalq Bank ilin ilk rübünün yekunlarını açıqladı
“Enactus Azərbaycan Yaz Məktəbi” layihəsi baş tutub (FOTO)
Abşeron yarımadasındakı göllərin abadlaşdırılmasına iş adamları cəlb ediləcək
Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum oldu
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 197 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
Bu il çaylara 6,3 milyon balıq buraxılacaq - Nazirlik
Bakıdakı kanalizasiya şəbəkələrinin təxminən 50-55 faizi mərkəzləşdirilməyib - Agentlik sədri
Bakı Avro-2020-nin daha çox matçını qəbul edə bilər
ETSN Bakıda ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət edəcək
Clarivate Analytics şirkəti müəllimlərimiz üçün növbəti vebinar keçirib
Özünüməşğulluq proqramına cəlb olunanların sayı bu il 2017-ci ilə nisbətən 13,6 dəfə artacaq
İsmayıllıda məclis keçirilməsinin qarşısı alınıb
Maştağada 9 obyektin su təchizatı şəbəkəsinə qanunsuz qoşulması aşkarlanıb
Angela Merkel Qarabağdan danışdı
Çad prezidenti qiyamçılarla qarşıdurmada öldü
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (FOTO/VİDEO) (YENİLƏNİB)
Hər zaman partlamağa hazır bomba: Ermənistanın “Metsamor” təhdidi
KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə Azərbaycan-Türkiyə İş Adamları Forumu keçirilib (FOTO)
Zəngilanda Ermənistanla dövlət sərhə­dində yeni hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
Pakistan Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir - HDQ komandanı
Prezident İlham Əliyev Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak edib (FOTO)(YENİLƏNİB)
Güclü külək əsəcək - Xəbərdarlıq
İsrailli jurnalistlər Füzulidə ermənilərin tövləyə çevirdiyi Karvansarayda olublar (FOTO)
Prezident İlham Əliyev Hacıqabulda "Qarasu" yarımstansiyasının istismara verilməsi tədbirində iştirak edib (FOTO)(YENİLƏNİB)
UNEC ingilis dili müəllimləri üçün vakansiya elan edir
Bütün xəbərlər