Bakı. Trend:
"Apple" şirkəti oktyabrın 18-i baş tutacaq tədbirdə "MacBook Pro" noutbukunun yeni modelini təqdim edəcək.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verir.
Məlumata əsasən, "Apple" son 5 ildə ilk dəfə öz noutbukunun dizaynını yeniləyir. Həmçinin ilk dəfə "MacBook Pro" noutbuklarında "İntel" şirkətinin çipləri deyil, "Apple" şirkətinin öz çipləri quraşdırılacaq.
Noutbukun yeni modeli 14 və 16 düymlük ekranlarla təchiz ediləcək və ekranların da dizaynı dəyişəcək.