...

IT mütəxəssislərin hazırlanması üzrə işlər aparılır - Nazir

Telekommunikasiya Materials 28 Aprel 2022 11:50 (UTC +04:00)
IT mütəxəssislərin hazırlanması üzrə işlər aparılır - Nazir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı sahibkarların təxminən 60 faizi yeni biznes modellərin yaradılmasına və innovasiyaların inkişafına investisiya qoyub.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda rəqəmsal transformasiya çərçivəsində IT mütəxəssislərinin, kadr potensialının hazırlanması üzrə işlər aparılır.

Nazir, həmçinin sahibkarların bu prosesdə fəal iştirakını müsbət qiymətləndirib.

"Azərbaycanda sahibkarlarımız tərəfindən yaradılan əlavə dəyər 99 faizdən çoxdur. Digər ölkələrdə isə bu göstərici 13 faizə bərabərdir. Bu onu göstərir ki, azərbaycanlı sahibkarlar innovasiyaların və öz texniki bazalarının inkişafına vaxtında yatırım edib", - R.Nəbiyev deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti