...

Azərbaycan regionun rəqəmsal habına çevrilə bilər - Samir Məmmədov

Telekommunikasiya Materials 28 Sentyabr 2022 13:06 (UTC +04:00)
Azərbaycan regionun rəqəmsal habına çevrilə bilər -  Samir Məmmədov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan regionun rəqəmsal habına çevrilə bilər.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Şərq tərəfdaşlığı"nın elektron infrastrukturlar üzrə 5-ci konfransı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə informasiya texnologiyaları, "yaşıl" texnologiyalar və iqtisadiyyatın inkişafı üzrə genişmiqyaslı işlər aparılır.

"Bu layihələr azad edilmiş ərazilərdə də reallaşdırılır. Biz 2024-cü ilədək bütün ölkə ərazisinin internetlə təmin olunması layihəsi üzərində işləyirik, "bulud" texnologiyaları, milli elektron imza yaradırıq. Ölkəmiz regional layihələrdə də iştirak edir. Biz Qazaxıstan və Türkmənistanla birgə Xəzər dənizinin dibi ilə fiber-optik kabel çəkirik. Bütün bu təşəbbüslərin reallaşdırılması Azərbaycanın regionun rəqəmsal habına çevrilməsinə imkan verəcək", - nazir müavini deyib.

O qeyd edib ki, insan kapitalının inkişafına böyük diqqət ayrılır.

"Bu il biz 800 IT mütəxəssisinə tədris vermişik, gələn il bu rəqəmi 2 minə çatdırmaq nəzərdə tutulur. Biz həm də IT sahəsində təlim proqramlarını genişləndiririk", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti