Bakı. Trend:
Gömrük ödənişlərinin dayanqılığı ilə bağlı düşünməliyik ki, gələcəkdə hansı istiqamət üzrə gedəcəyik, fiskal siyasət üzrə işimizi davam etdirəcəyik, yoxsa fiskal siyasət də vacib olmaqla iqtisadiyyatı artım nöqteyi-nəzərdən təhlükəsizlik və sosial, digər humanitar ticarətin dəstəklənməsi, iqtisadi alətrləin tətbiqi, sosial həyatın yaxşılaşdırılması nöqteyi-nəzərdən fəaliyyətimizi daha da gücləndirəcəyik?
Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişikliklərin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, burada əsas məsələ təhükəsizlik tədbirləridir. Yəni qaçaqmalçılıq predmeti və ona qarşı mübarizə.
"Bu da bizim coğrafi mövqeyimizdən asllıdır. Azərbaycan inkişaf etdikcə bu problem bizim gömrük orqanları qarşısında duracaq. Rəqəmsal gömrük sisteminin yaradılması bizim digər hədəfimizdir. Əslində, gömrük orqanları rəqəmsal sahədə addımlar atıb. Müəyyən nailiyyətlər var. Amma indiki dövr üçün bu, kifayət etmir.
İT infrastrukturunu yeniləmək lazımdır. Əgər bizim infrastrukturumuz zəifdirsə, sabah hər hansı haker hücumu və ya hər hansı digər müdaxilə ilə baza məlumatları üçün təhlükə yarana bilər. Ona görə də hökumət qarşısında xahiş etmişəm ki, İT infrastrukturunun genişlənməsi və onun datalarının formalaşması üçün investisiya olmalıdır. Bu, bizim əsas hədəflərimizdir”, - deyə o qeyd edib.