...

Bir sıra ölkədə "Twitter"in işində qüsurlar yaranıb

Telekommunikasiya Materials 19 Fevral 2023 02:43 (UTC +04:00)
Bir sıra ölkədə "Twitter"in işində qüsurlar yaranıb

Bakı. Trend:

Şənbə günü bəzi ölkələrdə "Twitter" mikrobloqlar xidmətinin fəaliyyətində qüsurlar müşahidə olunub.

Trend-in məlumatına görə, bu barədə populyar internet resursların işini izləyən "Downdetector" portalı xəbər verir.

İstifadəçilər sayt və proqramın işi, həmçinin serverə qoşulma ilə bağlı qüsurlar barədə məlumat veriblər.

Ən çox qüsurlar ABŞ, Kanada, Böyük Britaniya, Almaniya və Fransada qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti