...

Azərbaycanda yeni Data mərkəzi inşa ediləcək

Telekommunikasiya Materials 13 Aprel 2023 11:48 (UTC +04:00)
Azərbaycanda yeni Data mərkəzi inşa ediləcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

"AzInTelecom" MMC Azərbaycanda yeni Data mərkəzi inşa edəcək.

Trend xəbər verir ki, bu barədə bu gün "AzInTelecom" MMC-nin İdarə Heyəti sədrinin müşaviri Sadiq Yolçuyev "Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, yeni Data mərkəzinə dair müvafiq konsepsiya hazırlanıb və qəbul edildikdən sonra tikintiyə başlamaq planlaşdırılır.

"Bu gün "AzInTelecom" SİMA və bulud texnologiyaları layihəsi üzərində işləyir. SİMA vətəndaşların evdən çıxmadan bir çox maliyyə və digər növ əməliyyatlar həyata keçirməsinə imkan verən rəqəmsal imzadır. MMC tərəfindən yaradılan bütün həllər bulud texnologiyalarına əsaslanıb. Bu gün SİMA yalnız fiziki şəxslərə öz xidmətlərini təklif edir, yaxın gələcəkdə sahibkarlara da xidmətlərin təklif olunması planlaşdırılır. Bulud texnologiyaları sahəsində hökumətin bütün informasiya resurslarının bulud anbarlarına köçürülməsi üzərində çalışırıq. Bildiyiniz kimi, bu gün bizim Bakıda və Yevlaxda olmaqla iki məlumat mərkəzimiz var. Yeni Data mərkəzinin konsepsiyası hazırlanıb, təsdiqləndikdən sonra mərkəzin yaradılması planlaşdırılır. Yeni Data mərkəzinin daha böyük və güclü olacağını gözləyirik", - S.Yolçuyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti