...

Mərkəzi Bank kibertəhlükəsizlik aspektlərini gücləndirməyin üsullarını nəzərdən keçirir - Fərid Osmanov

Telekommunikasiya Materials 30 Noyabr 2023 17:03 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bank kibertəhlükəsizlik aspektlərini gücləndirməyin üsullarını nəzərdən keçirir.

Trend xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov Bakıda keçirilən "InMerge" İnnovasiya Sammiti çərçivəsində "Açıq bankçılıq və API qaydaları: Təhlükəsiz məlumat mübadiləsinin və ödəniş sahəsində innovasiyaların təmin olunması" adlı panel müzakirəsində deyib.

Onun sözlərinə görə, açıq bankçılıq maliyyə inklüzivliyini artıracaq.

"Maliyyə təsisatları açıq bankçılıq konsepsiyasını tətbiq edərək, tərəfdaş banklar və üçüncü tərəflərlə sürətli və səmərəli şəkildə qarşılıqlı fəaliyyət göstərməklə müştərilərə daha yaxşı xidmət göstərmək üçün öz ekosistemlərini genişləndirə bilərlər.

Eyni zamanda, müştərilərin davranış modellərini izləməklə və təhlil etməklə onlara xidmət göstərilməsini daha çox yaxşılaşdıra bilərlər. Hazırda Mərkəzi Bank kibertəhlükəsizlik aspektlərini gücləndirməyin üsullarını nəzərdən keçirir", - deyə o vurğulayıb.

Qeyd edək ki, "InMerge" İnnovasiya Sammiti 30 noyabr - 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində keçirilir. Regionda innovasiyalar üzrə ən böyük sammit hesab edilən "InMerge Innovation Summit" innovasiyaları və mümkün əməkdaşlıqları müzakirə etmələri üçün regionun aparıcı şirkətləri, startaplar, eləcə də, investorları bir araya gətirmək məqsədi daşıyır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti