...

"Climate Change from Space" platforması üçün əsas informasiya mənbəyi "Azersky-2" peyki olub - Saməddin Əsədov

Telekommunikasiya Materials 5 Aprel 2024 10:33 (UTC +04:00)
"Climate Change from Space" platforması üçün əsas informasiya mənbəyi "Azersky-2" peyki olub - Saməddin Əsədov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Kosmik texnologiyalar iqlim dəyişikliyinin monitorinqinin ən mühüm vasitələrindən birinə çevrilib.

Trend xəbər verir ki, bu barədə "Azərkosmos" ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov "İqlim dəyişikliyinə kosmosdan baxış" mövzusunda tədbirin kuluarında deyib.

"Kosmik texnologiyalar iqlim dəyişikliyinin monitorinqinin ən mühüm vasitələrindən birinə çevrilib. Bu gün biz ictiamiyyətə "Climate Change from Space" platformamızı təqdim edəcəyik. Hazırda bütün dünyada 160-dan çox kosmik aparat iqlim dəyişikliyinin ölçülməsi üçün cihazlarla təchiz olunub. Bundan başqa, iqlim dəyişikliyi barədə informasiyanın 60 faizdən çoxu kosmosdan daxil olur. Qeyd etmək istəyirəm ki, elektron platforma üçün əsas informasiya mənbəyi "Azersky-2" peyki oldu", - o deyib.

S.Əsədovun sözlərinə görə, kosmik texnologiyaların üstünlüyü ondan ibarətdir ki, Yerin səthini müşahidə edən peyklər cari vəziyyət və proseslərin dəyişiklik dinamikasını öyrənməyin aktual və optimal üsuludur.

"Peyk resursları maddi xərclər və böyük, əlçatanlığı çətin olan ərazilərin səmərəli qiymətləndirilməsi baxımından optimaldır", - deyə o əlavə edib.

Sədr Azərbaycanın 2026-cı ildə növbəti peykini buraxacağını xatırladıb.

Qeyd edək ki, aprelin 5-də iki dildə və beş bölmədən ibarət olan yeni elektron platforma ictimaiyyətə təqdim olunub. "Azersky" peykinin verilənləri əsasında burada dərc olunan məlumatlar iqlim dəyişikliyi barəsində məlumatlılığın artmasına imkan yaradacaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti