...

RABİTƏ NAZİRLİYİ AZƏRBAYCANIN DÖVLƏT BÜDCƏSİNƏ 55 MİLYARD MANATDAN ARTIQ VƏSAİT KEÇİRİB

Telekommunikasiya Materials 30 İyul 2005 16:35 (UTC +04:00)

2005-ci ilin əvvəlindən Rabitə və İnformasiya texnologiyaları Nazirliyi dövlət büdcəsinə 55,3 milyard manat vəsait keçirib ki, bu da proqnozlaşdırılandan 22,3% çoxdur. Trend in məlumatına görə, bu barədə iyulun 30-da Rabitə Nazirliyində 2005-ci ilin yanvar-iyun aylarının yekunlarına həsr olunmuş kollegiya iclasında idarənin maliyyə və uçot şöbəsinin müdiri Rəşad Nəbiyev məlumat verib.

Onun sözlərinə görə, yanvar-iyun aylarında Sosial müdafiə Dövlət Fonduna planlaşdırılan 15,3 milyard manat əvəzinə 16,8 milyard manat vəsait köçürülüb.

Rabitə Nazirliyi yanvar-iyun aylarında ölkənin IT (informasiya texnologiyaları) sahəsinə 44 milyard 959 milyon manat (9,6 milyon dollara yaxın) vəsait keçirib ki, bu vəsaitin əsasa hissəsi yeni telefon xəttlərinin çəkilməsinə, paytaxtda və eləcə də ölkənin regionlarında ynenidənqurma işlərinə xərclənib.

Bu günki kollegiyada həmçinin ilin birinci yarısında bütün Rabitə Nazirliyi üzrə 419 yeni iş yerinin açıldığı qeyd olunub.

Xəbər lenti

Xəbər lenti