...

BAKIDA RABİTƏ SAHƏSİNDƏ REGİONAL ƏMƏKDAŞLIQ TƏŞKİLATININ TƏŞKİLATININ İCLASI KEÇİRİLİR

Telekommunikasiya Materials 8 Sentyabr 2005 13:20 (UTC +04:00)

Bakıda Rabitə sahəsində regional əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin rabitə administrasiyaları nümayəndələrinin peyk rabitəsi Televiziya və Radio Yayımları üzrə komissiyanın iclası keçirilir.

Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, tədbir Beynəlxalq Telekommunikasiya Şurası (ITU) tərəfindən 2006-cı ildə Radio rabitəsi üzrə regional konfransa və 2007-ci ildə keçiriləcək Radio rabitəsi üzrə Ümumdünya Konfransına hazırlıq çərçivəsində keçirilir.

Rabitə Nazirliyindən bildiriblər ki, dövlət strukturunun iclası ilə əlaqədar xüsusi tədbirlər planı hazırlanıb və Nazirliyin telekommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Əflatun Məmmədovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Gürcüstan və Moldova da iştirak edir.

Azərbaycan tərəfdən forumda telekommunikasiyalar və informasiya texnologiyaları şöbəsinin baş müşaviri Qulam Abdullayev və Radiotezliklər İdarəsinin baş mühəndisi Nizaməddin Cəlilov təmsil edib.

Xəbər lenti

Xəbər lenti