...

İLİN SONUNA KİMİ TELEFON DANIŞIQLARININ DƏQİQƏYƏ GÖRƏ ÖDƏNİLMƏSİNİN TƏTBİQİNİN MƏQSƏDƏUYĞUNLUĞU MÜƏYYƏNLƏŞDİRİLƏCƏK

Telekommunikasiya Materials 17 Sentyabr 2005 10:46 (UTC +04:00)

Cari ilin sonuna kimi, yerli telefon danışıqlarının bir dəqiqəsinə görə ödənişin tətbiq olunmasının məqsədəuyğunluğu müəyyən ediləcək. Trend in xəbər verdiyi kimi, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, əgər ilin sonuna kimi Azərbaycan hökuməti bu sistemə keçsə, texniki işləri qısa müddət ərzində həyata keçirmək mümkündür.

Beynəlxalq danışıqlara tariflərin azaldılmasına gəldikdə, nazir qeyd edib ki, bu istiqamətdə müvafiq işlər aparılır. "Biz bu istiqamətdə düşünülmüş qərar qəbul edəcəyik", - deyə Ə.Abbasov bildirib.

2004-cü ilin sentyabrında beynəlxalq danışıqlara olan tariflər 30-40% azaldılmışdı.

Xəbər lenti

Xəbər lenti