...

Azərbaycanda texniki parkların yaradılması ölkənin inkişafına şərait yaradacaq

Telekommunikasiya Materials 28 Oktyabr 2005 10:42 (UTC +04:00)

Azərbaycanda texniki parkların yaradılması ölkənin inkişafına şərait yaradacaq. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 27-də BakuTel-2005 sərgisinə həsr olunmuş konfransda Ernst & Young-ın baş meneceri Hans Kuper bildirib.

Onun sözlərinə görə, artıq Azərbaycanda belə strukturun yaradılmasına hazırlığın olmasına baxmayaraq, maliyyə xərcləri, kadrların cəlb olunması və digər problemlər qaçılmazdır. "Burada texniki parkların dəqiq inkişaf strategiyası müəyyən edilməli və hökumət tərəfindən maliyyə vəsaiti ayrılmalıdır", - deyə H.Kuper qeyd edib.

O hesab edir ki, texniki parkların yaradılması yeni və yüksək məvacibli iş yerlərinin açılmasına səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti