...

Microsoft Gürcüstanda da nümayəndəliyini açmaq niyyətindədir

Telekommunikasiya Materials 28 Fevral 2006 15:23 (UTC +04:00)

Son 2-3 ildə Microsoft bir sıra MDB ölkələrində nümayəndəliyini açmaq niyyətindədir. Trend bildirir ki, fevralın 28-də Bakıda Microsoft-un MDB ölkələri üzrə baş direktoru Serqiuş Viza bu barədə bəyan edib.

Onun sözlərinə görə, nümayəndəlik Gürcüstanda da açılacaq.

Hazırda Microsoft-un MDB-də strukturu Azərbaycan, Qazaxıstan və Ukraynada olan ofisləri əhatə edir.

Şirkətin nümayəndəsi qeyd edib ki, nümayəndəlik açılanadək şirkət tərəfindən kompleks marketinq araşdırmaları həyata keçirilir və bunların nəticəsində son qərar qəbul edilir.

Əsası 1975-ci ildə qoyulmuş Microsoft korporasiyası proqram təminatı, xidmətlər göstərilməsi, eləcə də şəxsi kompyuterlər və serverlər üçün İnternet texnologiyalarının işlənib hazırlanmasında dünya lideridir.

Xəbər lenti

Xəbər lenti