...

Azercell Telecom regionlarda yeni baza stansiyaları quraşdırır

Telekommunikasiya Materials 18 May 2006 19:29 (UTC +04:00)

Azercell Telecom regionlarda rabitənin keyfiyyətini yaxşılaşdırmaq üçün yeni baza stansiyaları quraşdırır. Trend in məlumatına görə, ilin əvvəlindən şirkət Azərbaycanın regionlarında 100-dən artıq baza stansiyası quraşdırıb. Hazırda Əli-Bayramlıda analoji bazanın istismara verilməsi ilə bağlı işlər aparılır.

2006-cı ildə Azercell Telecom BM rabitə sahəsinə $95 mln. investisiya qoymağı planlaşdırır. Vəsait əsasən yeni texnologiyaların tətbiqinə və abunəçilərin sayının artırılmasına yönələcək. İlin sonuna kimi şirkət 2,2 mln. nəfərədək artırmaq niyyətindədir. Eləcə də, şirkətin məqsədi 2006-cı ildə üçüncü nəsl rabitə xidmətlərinin tətbiqidir.

Xəbər lenti

Xəbər lenti