...

Aztelekom Azərbaycan rayonlarından birində rabitənin yenidən qurulması üzrə tender keçirir

Telekommunikasiya Materials 24 May 2006 11:16 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibinə daxil olan Aztelekom İB Tərtər rayonunda rabitənin elektronlaşdırılması üzrə tender keçirir. Trend in xəbər verdiyi kimi, tender iki lot üzrə keçirilir: 1. Tərtər mərkəzi rayon ATS-nin tam yenidən qurulması. 2. Hüsənli və Qaraqoyunlu kəndlərində ATS-in yenidən qurulması.

Tenderdə iştirakda marqlı olanlar 1-ci lot üzrə 1200 AZN, 2-ci lot üzrə isə 300 AZN köçürməli və sənədləri iyunun 27-dən gec olmayaraq təqdim etməlidir. Tender təklifləri 4 iyuldan gec olmayaraq qəbul olunacaq.

Prosedurun özü iyulun 5-də saat 11:00-da Tərtər Telekommunikasiya qovşağında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti