Trans-Asiya-Avropa (TAA) Azərbaycan seqmenti genişlənir. Hazırda bu seqmentin uzunluğu artıq 1600 km-i keçib. Trend agentliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə itsinadən xəbər verir ki, yaxın vaxtlarda Sabirabad-Saatlı və Bərdə-Beyləqan xətləri istismara verilməlidir ki, bu da seqmenti xeyli genişləndirəcək. Son dəfə Əlibayramlı-Sabirabad xətti istifadə verilib.
Sabirabadda 3200 nömrəli analoq tipli stansiyanın yerində quraşdırılmış 4560 nömrəli EATS artıq TAA-ya qoşulub.
İyunda Naxçıvan MR rabitəsinin TAA fibrooptik magistralına qoşulması başa çatıb.
Nazirliklə Turktelecom arasında 2006-cı ilin aprelində imzalanmış sazişə əsasən, gələcəkdə TAA magistralının Naxçıvan MR ərazisilə Türkiəyə şəbəkəsinə qoşulması haqqında razılıq əldə olunub.