...

Azərbaycanın Rabitə Nazirliyi ilin əvvəlindən təxminən 125 min nömrə istismara verib

Telekommunikasiya Materials 8 Avqust 2006 13:11 (UTC +04:00)

2006-cı ilin yanvar-iyul aylarında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 124974 nömrə istismara verib. Dövlət qurumundan Trend ə verilən xəbərə görə, ümumi istismara verilmiş nömrələrdən 84972-si Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (İB), qalan 40002 nömrə isə Aztelekom İB-nin payına düşüb.

Bu dövr ərzində sərmayələr 17 mln. AZN-dən çox olub. Bu sərmayələr həm paytaxt ətrafında, həm də Azərbaycan bölgələrində rabitə obyektlərinin yenidən qurulmasına, yeni telefon xəttlərinin tikintisinə yönəldilib.

2005-ci ildə Rabitə Nazirliyi bütün respublika üzrə 164 185 telefon nömrəsi istismara verib. Bu göstərici 2004-cü ilin göstəricisi ilə müqayisədə 42 611 nömrə çoxdur.

Xəbər lenti

Xəbər lenti