...

ARDNF internet-provayderlərdən təkliflər cəlb edir

Telekommunikasiya Materials 22 Avqust 2006 13:48 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yüksək sürətli internet xidməti əldə etmək məqsədilə yerli internet provayderlərdən təkliflər cəlb edir.

Trend in ARDNF-in məlumatına istinadən xəbər verdiyi kimi, internet-xidmətin əldə olunması "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası qanununun tələblərinə müvafiq olaraq həyata keçirilir.

ARDNF-ə təkliflər vermək istəyən şirkətlərin səlahiyyətli nümayəndələri 5 sentyabr 2006-cı ildən gec olmayaraq etibarnamə əsasında Xidmət Təklifləri Sorğusunu almaq üçün AZ 1014, Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ARDNF-a müraciət edə bilər.

XTS təmənnasız və kağız üzərində tərtib edilmiş yazılı sənəd şəkilində verilir. Əlavə məlumat almaq üçün şirkətlər ARNDF-in əlaqələndirici şəxsi ilə 498-62-55, 498-77-53 (daxili 135 - Ç.B.Mustafayeva) nömrəli telefonlar və ya [email protected] ünvanlı elektron poçt vasitəsilə əlaqə saxlaya bilər.

Xəbər lenti

Xəbər lenti