...

Bakıda poçt rabitəsi üzrə RPB-in toplantıları keçirilib

Telekommunikasiya Materials 14 Sentyabr 2006 17:23 (UTC +04:00)

Bu gün Bakıda poçt rabitəsi üzrə Regional Poçt Birliyi komissiyasının 23-cü iclası və RPB poçt rabitəsi operatorları şurasının 12-ci iclası öz işini başa vurub.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən "Trendə" verilən məlumata görə, müşavirəni poçt rabitəsi üzrə RPB komissiyasının sədr müavini, Azərbaycan Rabitə Nazirliyinin dövlət müəssisələrinin fəaliyyətini əlaqələndirmə şöbəsinin poçt sektorunun müdiri Novruz Məmmədov və RPB poçt rabitəsi operatorları şurasının sədri, "Kazpoçta" SC-nin sədri Dauren Moldaqaliev keçirib.

Toplantılarda aşağıdakı məsələlərə baxılıb: "Müasir cəmiyyətdə poçt rabitəsinin inkişafı üzrə ÜPİ-nin 23-cü Konqresinin qərarının həyata keçirilməsində RPB Pabitə Administrasiyalarının töhfəsi", RPB rabitə administrasiyalarının gələcəkdə poçt sektorunun inkişafına dair bu ilin noyabrında keçiriləcək ÜPİ Ümumdünya Strateji Konfransına hazırlığı" "RPB PA-nın ÜPİ Administraitiv Şurasının sessiyasına hazırlığı", "RPB PA-nın bu ilin dekabrında RPB-nin yaranmasının 15 illiyinə hazırlığı haqqında", "RPB mütəxəssisləri üçün "müasir şəraitdə poçt rabitəsi sahəsində insan resurslarının potensialının artırılması" mövzusunda beynəlxalq seminarın yekunları haqqında" və s. Növbəti iclasların 2007-ci ilin aprelində Kiyevdə keçirilməsinə dair qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti