Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aztelekom İB-nin Kürdəmir Telekommunikasiya Qovşağı yeni elektron avtomat stansiyasının quraşdırılması üzrə tender elan edib. Trend in xəbər verdiyi kimi, 128/30 nömrə tutumlu EAS Kürdəmir rayonunun Qarasaqqal kəndində quraşdırılmalıdır.
İştirak etmək istəyən şəxslərin təklifləri noyabrın 7-dək TKQ-də qəbul olunacaq.
Tədbirlər planına görə, işlər ilin sonunadək yerinə yetirilməlidir.
Azərbaycan bölgələrində rabitənin elektronlaşdırılması üzrə işlər 2004-2008-ci illərdə bölgələrin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı və Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramına ("Elektron Azərbaycan") uyğun olaraq həyata keçirilir.