...

Aztelekom fibrooptik magistralın daha bir hissəsini açıb

Telekommunikasiya Materials 2 Dekabr 2006 14:36 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İstehsalat Birliyi Ağdam rayonunun Quzanlı qəsəbəsindən Bərdə-Ağcabədi istiqamətində fibrooptik magistralın açılışını başa çatdırıb.

Rabitə Nazirliyinin Trend ə verdiyi məlumata əsasən, yaxın günlərdə Ağdam rabitəsi də bu xəttə qoşulacaq. Bu, rayonu müasir və sürətli rabitə və İnternet şəbəkəsinə ilə təmin edəcək.

Hazırda Ağdam Telekommunikasiya Qovşağı üçün idarə binası tikilib başa çatdırılıb. TKQ-də 40 poçt şöbəsi var. Xidmətin ərazisinin işğal altında olduğu səbəbindən onlardan 32-si səyyar şöbə qismində fəaliyyət göstərir, qalan 6 şöbə üçün bina tikilib, bəzisi təmir olunub, biri isə qaçqınlarla iş üzrə dövlət komissiyasının xətti ilə tikilib. TKQ əsasən yerli və ətraf rayonların poçt göndərişləri, təqaüd və təminatların paylanması ilə məşğul olur.

Hazırda Quzanlıda 640 nömrə həcmində Telefon Qovşağı fəaliyyət göstərir. Gələcəkdə Qaradağlı və Mahrızlı kəndlərinin hərəsində 256 nömrə olmaqla Telefon Qovşağı quraşdırılacaq ki, bununla həm də Baharlı və Şəfəqli qəsəbələri telefonlaşdırılacaq.

Azərbaycan ərazisində Fibrooptik magistral xəttin tikilişinə ilk dəfə Aztelekomun və Türkiyənin Hesbitel şirkətinin müqaviləsi əsasında 1999-cu ilin 28 dekabrında başlanıb.

Xəbər lenti

Xəbər lenti