...

Azərbaycanın rabitə naziri RRB tədbirləri çərçivəsində ikitərəfli görüşlər keçirib

Telekommunikasiya Materials 15 Dekabr 2006 17:08

Trend-i buradan izləyin

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Rabitə sahəsində Regional Birliyin (RRB) yubiley tədbirləri çərçivəsində ikitərəfli görüşlər keçirib.

Trend nazirliyə istinadən xəbər verir ki, Ə.Abbasov MDB ölkələrinin rabitə nazirləri və Sloveniyanın iqtisadiyyat naziri ilə görüşüb. Bununla yanaşı, Cisco, Microsoft, Intel kimi böyük İKT şirkətlərinin regional rəhbərləri ilə görüşlər keçirilib və onlarla Azərbaycanda texnoloji zonaların yaradılmasına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, RRB-nin yubiley tədbiri dekabrın 12-13-də Moskvada keçirilib. Bu günlər Birliyin yaranmasının 15 illiyinə həsr olunmuş RRB Rabitə Administrasiyaları Başçılarının Şurasının 36-cı toplantısı, RRB yanında informatizasiya üzrə MDB iştirakçı-dövlətlərin Koordinasiya şurasının 10-cu yubiley toplantısı və RRB Şurasının 36-cı toplantısı çərçivəsində MDB iştirakçı- dövlətlərinin rabitə administrasiyaları başçılarının toplantısı keçirilib.

Toplantılarda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukraynanın Rabitə administrasiyalarının nümayəndə heyətləri, eləcə də MDB İcraiyyə komitəsinin, MDB Parlamentlərarası Assambleyanın nümayəndələri işitrak edib.

Xəbər lenti

Xəbər lenti