...

Azercell abonentlərə İspaniya ilə GPRS/MMS rouminq xidmətini təqdim edib

Telekommunikasiya Materials 18 Yanvar 2007 19:19 (UTC +04:00)

Azərbaycanın mobil operatoru Azercell Telecom Birgə müəssisəsi növbəti operatorla GPRS/MMS birtərəfli rouminq xidmətini abonentlərin istifadəsinə verib.

Trend in şirkətin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saziş İspaniyanın Telefonica şirkəti ilə imzalanıb (yalnız Azercell abonentləri Telefonica xidmətindən yararlana bilər).

Azercell Telecom BM bütünlükdə dünyanın 38 ölkəsinin 68 şəbəkə opreatoru ilə GRPS/MMS sahəsində rouminq barədə saziş imzalayıb.

Azercell Telecom 1996-cı ildə təşkil olunub. Şirkətin ilk təsisçiləri Turkcell İletiim Hizmetleri A.S. və Azərbaycan Rabitə nazirliyi olub. Operator öz fəaliyyətinə abonentlərinə sonrakı ödəmələr əsasında mobil rabitə xidmətləri təklif edib. 1998-ci ildə əvvəlcədənt ödəmə sistemi SimSim tarif planı tətbiq olunub, 2005-ci ilin mayından isə GəncSim gənclik tarif planı tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti