...

Aztelekom abunəçilərinin sayını artırır

Telekommunikasiya Materials 9 Fevral 2007 17:19 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İstehsalat Birliyinin (İB) şəbəkəsi üzrə sərbəst tutumlardan istifadə faizi ilk dəfə olaraq 95%-i ötüb. Bu barədə Trend Rabitə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

İlin əvvəlindən çəkilmiş telefonların sayı 76313 olub (2006-cı il 20 noyabr tarixində 69351 nömrə).

Bundan başqa, ilin əvvəlindən İB 57006 abunəçini telefonlaşdırıb, 4795 abunəçinin telefonları bərpa olunub, qısa vaxt ərzində 14512 telefon xətti çəkilib. Ümumi çəkilmiş telefon xətlərinin 49,4%-i Sumqayıt, Abşeron, Zaqatala, Lənkəran, Goranboy, Mingəçevir, Qəbələ, Masallı, Quba və Gəncənin payına düşüb.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əsas müəssisəsi olan Aztelekom İB Bakı və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, respublikanın bütün ərazisində beynəlxalq və şəhərlərarası telefon rabitəsini təmin edir. 54 telekommunikasiya müəssisəsi, Bakı Şəhərlərarası Telefon Qovşağı, Kabel Magistral Texniki Qovşaq və Təmir-tikinti İdarəsi İB-nin tabeçiliyindədir.

Xəbər lenti

Xəbər lenti